HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
29-01-2026 [15:55]
Qəbul imtahanlarına qanunsuz müdaxilə ittihamı ilə həbs edilən təhsil eksperti Kamran Əsədovun ötən ilin 27 noyabrında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gözlənilməz "seçkisi"ndən iki ay ötsə də, o prosesin "yanğısı" hələ də davam edir.
Məlumata görə, həmin vaxtı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Sahib Məmmədovun şifahi razılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin isə birbaşa iştirakı ilə həbs təhlükəsiylə üz-üzə olan Kamran Əsədovun birdən-birə mötəbər bir quruma sədr gətirilməsi bir çox dairələrdə, o cümədən Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən çox sərt qarşılanıb.
Hazırda 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifad) maddələri ilə ittiham olunaraq məhkəmə zalında həbs olunan Kamran Əsədovun ETİHİ-nin Nərimanov Rayon Komitəsinin sədri vəzifəsinə gətirilməsi ETN-nin sürətli hərəkətlənməsinə səbəb olub.
"Həmin xəbər ilk olaraq modern.az saytında yayıldı. Kamran Əsədov hətta o sayta təyinatını təsdiqlədi. Lakin qısa zaman sonra ETN-nin müdaxiləsiylə həmin xəbər nüfuzlu saytlardan silinməyə başladı. Lakin Kamran Əsədov və Araz Paşayev geri çəkilmək niyyətində deyillərdir. Yəqin onlar AHİK sədri Sahib Məmmədovun arxalarında sonədək dayanacağını düşünürdülər. Təsadüfi deyil ki, xəbərlər silinməklə təyinat qeyri-rəsmi təkzib olundu. Lakin belə bir anda Kamran Əsədov feysbuk profilində yeni iş yerini yenilədi, hətta AHİK və ona yaxın çevrələrdə bu xəbər rəsmən təkzib olunmadı. Üstəlik, Kamran Əsədov yeni iş yerindəki kabinetinə belə ayaq açdı. Məhz bundan sonra qeyzlənən qarşı yuxarı təşkilatların təzyiqi ilə Sahib Məmmədov-Araz Paşayev cütlüyü Kamran Əsədovla bağlı qərarı geri oxumağa məcbur oldu", deyə mənbə Poliqon-a bildirib.

Məlumata görə, həmin vaxtı Sahib Məmmədovun qarşısına qanunun tələbləri qoyulub.
"Həmin tələblərdə isə bildirilir ki, ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrinin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.
Yığıncaq, konfrans, həmkarlar ittifaqı komitəsirəhbərliyinə və müavinliyinə namizədlər barədə yığıncaqda, konfransda ayrı-ayrılıqda bülletenlərə daxil edilməklə seçki aparılır və bu qərarın təsdiqi üçün yuxarı həmkarlar ittifaqı orqanına, yəni AHİK sədri Sahib Məmmədova müraciət edilir. Məhz onun təsdiqindən sonra "təyinat" qüvvəyə minməliydi. Lakin qeyd etdiyimiz kimi, məsələnin olduqca şişməsi Sahib Mımmədov-Araz Paşayev tandeminin geri çəkilməsinə səbəb oldu", - deyə mənbə qeyd edib.
Mənbə bildirib ki, təyinatdan qısa müddət sonra Kamran Əsədov haqqında Baş Prokurorluğun məlumat yayması və bunun ardınca onun məhkəmə zalında həbs olunması Araz Paşayevlə yanaşı, AHİK sədrinin özünü də "dalan"a dirəyib.
Bəs "Həmkarlar"ın rəhbərliyinin Kamran Əsədova bu jestinə səbəb nəydi? Birdən-birə niyə belə bir oyuna əl atıldı? Onlar doğrudan da bu prosesin "partlayacağı"nı bilmirdi, yoxsa, yoxsa Emin Əmrullayevə hansısa sətiraltı gizli mesaj ötürülürdü?
Bu və ya digər iddialarla bağlı araşdırmamız olacaq/Poliqon.info
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb