Mübariz Qurbanlının mandatına xitam veriləcək

img

27-08-2014 [17:00]


Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə baxacaq. 


Qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Media forum” saytına bildirib ki, bu məsələyə komissiyanın növbəti iclaslarının birində baxılacaq.

Qeyd edək ki, iyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.

Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA