"Komo" Alvaro Morata ilə bağlı xəbər yaydı

"Komo" Alvaro Morata ilə bağlı xəbər yaydı

İDMAN

13.08.2025, 13:23

İtaliya A Seriyasının komandası "Komo" Alvaro Moratanın transferini rəsmən açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, 32 yaşlı hücumçu satınalma şərtiylə icarəyə götürülüb.

Xatırladaq ki, "Real Madrid", "Yuventus", "Çelsi", "Atletiko Madrid" və "Milan"da forma geyinən ispaniyalı futbolçu ötən mövsümün ortasında "Qalatasaray"la 1 illik icarə müqaviləsi imzalamışdı.

Onu da qeyd edək ki, "Qalatasaray" dünən Moratanın müqaviləsini qarşılıqlı olaraq ləğv etdiyini açıqlayıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR