ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
09-08-2025 [11:34]
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə açıqlanıb. Bəyanat bir çox baxımdan diqqət çəkir.
İlk öncə onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regiona sabitlik, təhlükəsizlik və rifah gətirmə istəyi artıq real nəticələr verir. Bunu bəyannamənin mətnində də təsdiqləmək mümkündür. Belə ki, bəyannamə regionda uzun illər davam edən münaqişənin sülh yolu ilə həllinə dair yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki bu sənəd yalnız iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas yaratmır, həm də regional təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Birgə bəyannamədə ilk diqqət çəkən məqam Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasıdır. Bu, uzun illər davam edən və çoxlu insan itkisi, dağıntı və qarşılıqlı etimadsızlıqla müşayiət olunan münaqişənin rəsmi şəkildə sülhə doğru irəliləməsinin mühüm göstəricisidir.
Paraflanan mətnin imzalanması və ratifikasiyası üçün addımlar davam edəcək. Bununla hər iki tərəf sülhə sadiqliyini nümayiş etdirir. Belə ki, imzalanacaq sənəd regionun gələcək təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır və bu, qarşılıqlı etimadın bərpasında əsas rol oynayacaq. Bu isə yekun sülh sazişinin imzalanmasını sürətləndirəcək.
ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların bağlanması ilə bağlı bəyannamədəki çağırış da kifayət qədər diqqət çəkir. Bu, xüsusilə Azərbaycanın sülh sazişindən kənar irəli sürdüyü və icrasını tələb etdiyi mühüm bir detaldır. Belə ki, ATƏT-in Minsk Qrupu onsuz da uzun müddətdir fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi.
Tərəflər öz aralarında sülh müqaviləsinin əsas şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini açıq şəkildə bəyan edirlərsə, Minsk Qrupunun legitim əsasları və əhəmiyyəti avtomatik olaraq itmiş olur. Buna görə də ATƏT iştirakçı dövlətlərinin bu qərarı qəbul etməsi mühümdür. Bu həm də beynəlxalq ictimaiyyətin regionda davamlı sülhün təmininə yeni bir yanaşmaya keçməsi demək olacaq. ABŞ isə vasitəçi kimi prosesin bundan sonrakı mərhələlərində daha aktiv iştirak edəcək.
Razılaşdırılan məqamlardan biri də kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin təmin olunmasıdır. Bu təşəbbüs yalnız ölkələr arasında sərhədlərin açılması deyil, həm də iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin artması və nəqliyyat infrastrukturlarının modernləşdirilməsi üçün zəmin yaradır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin maneəsiz bağlantısı, Ermənistanın beynəlxalq və ölkədaxili əlaqələrinin bərpası regionun iqtisadi həyatına yeni nəfəs verəcək. Bu, həmçinin iqtisadi asılılıqların azaldılması və regionun beynəlxalq ticarət marşrutlarında rolunun artması deməkdir.
Ən diqqət çəkən məqamlardan biri şübhəsiz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu layihə Ermənistanın Rusiya təsirindən uzaqlaşması və qərbə inteqrasiyasının sürətlənməsi baxımından vacibdir. ABŞ ilə əməkdaşlıq, xüsusilə bu məsələni sürətləndirə bilər. Azərbaycan aspektindən baxdıqda isə maneəsiz hərəkət təmin edildiyi təqdirdə məqbul sayıla bilər. Amma risk faktorları da qaçınılmazdır.
Bəyannamədə xüsusi vurğulanan başqa bir mühüm məqam BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq keçmiş münaqişənin bitməsi və gələcəyə yönəlmiş münasibətlərin qurulmasıdır. Bu, düşmənçilik səhifəsinin bağlanması və qarşılıqlı qisas cəhdlərinin rədd edilməsi kimi prinsipləri təsdiq edir. Belə açıq bəyanatlar qarşılıqlı etimadsızlıq mühitinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün təmin olunması üçün vacibdir.
Prinsipcə Bakı Almatı Bəyannaməsinə hər zaman sadiq qalıb. Bu vaxtı ilə pozan məhz Ermənistan olmuşdur. Lakin gələcəkdə bu hadisə təkrarlanarsa, artıq Vaşinqton prosesə müdaxilə edəcək.
Ümumilikdə, bu bəyannamə region üçün həm tarixi dönüş, həm də çətin və mürəkkəb proseslərin başlanğıcıdır. Tərəflərin üzərinə hələ çox iş düşür. Ən önəmlisi isə iki ölkə xalqları arasında dərin ədavətin aradan qaldırılmasıdır. Nifrət və şübhə davam edərsə, sülhün təmin olunması mümkün deyil. Buna görə də sülhə nail olmaq üçün davamlı dialoq və dəstək vacibdir.
Bu prosesin uğurlu olması isə hər şeydən öncə Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən, həmçinin ABŞ Prezidenti Donald Trampın xələflərindən fərqli olaraq konstruktiv yanaşmasından asılıdır. Proses bundan sonra da bu tempdə davam edərsə, Ermənistan-Azərbaycan münaqişəsi sona çata və sülh əldə edilə bilər.
Turan Rzayev
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub