Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"

Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"

GÜNDƏM

05.08.2025, 00:02

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

 


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR