Eşit, inanma… - Təbriz VƏFALI YAZIR
YAZARLAR
29.07.2025, 14:13
Təbriz VƏFALI
***
Mən kənd uşağıyam, özü də zırından. Kənd həyatı barədə bilmədiyim şeyə qurd düşər. Necə deyərlər, kənd əhlinin gönünə dabanından bələdəm. Özüm də çox şeyi görüb-götürmüşəm. Amma di gəl ki, həmkəndlilərim mənə oxşamayıblar. Bəzi şəhərlilər demişkən, lap Nuh əyyamından qalıblar, onların müasir dövrümüzdə baş verənlərdən xəbərləri yoxdu.
Nə isə. Keçək mətləbə. Dünən Əli adlı bir həmkəndlim bizə qonaq gəlmişdi. Bakıya ilk gəlişi olduğundan iki ayağını bir başmağa dirədi ki, onu gəzməyə aparım. İşim-gücüm çox olsa da, onun qır-saqqız olub yaxamdan yapışdığını görüb könülsüz razılıq verdim. Evdən çıxıb sərnişinlə dolu avtobusa güc-bəla ilə mindik.
Gördüm Əli üzümə təəccüblə baxır. Soruşdum, nə oldu? Dedi ki, xeyli vaxtdır dövlət qurumları az qalıblar aləmi bir-birinə qatsınlar. Nə vaxt televizora baxıram, deyirlər, Bakıya yeni avtobuslar gətirilib, sərnişindaşımada xidmət xeyli yüksəlib, sərnişinlərin rahat gediş-gəlişi təmin olunub. Əgər deyilənlər doğrudursa, bəs bu basabas nədi? Özümü gülməkdən zorla saxladım. Dedim, ay rəhmətliyin oğlu, əvvəllər bəzi marşrutlara sutkada bir neçə avtobusla yanaşı, 10-15 mikroavtobus da buraxılırdı, problem az idi. Mikroavtobusların tamam çıxarıldığı bəzi marşrutlara yalnız 4-5 təzə avtobus buraxıldığından problem çoxalıb. Hər deyiləni doğru qəbul etmə. Eşit, inanma.
“20 Yanvar” dairəsinə çatar-çatmaz tıxaca düşdük. Siqnal səslərindən az qaldı qulaqlarımız tutulsun.
Gördüm Əli gözlərini döyə-döyə qalıb. Soruşdum, nə oldu? Dedi, eşitdiyimə görə, Bakıda toylar saat 18:00-dan sonra başlayır. Bu nətəri işdi, gündüz çağı da gəlin aparırlar? Dedim, əşşi, nə toy, nə gəlin, burda tıxac yaranıb. Yol tez boşalsın deyə sürücülər siqnal verirlər. Gördüm Əli üzümə yenə təəccüblə baxır. Dedi, bəs televizorlar bar-bar bağırırlar ki, Bakıda yeni körpülər, tunellər, yolötürücülər və keçidlər tikildiyindən tıxac problemi çözülüb. Bəs bu nədi? Dedim, görünən kəndə bələdçi lazım deyil. Gözlərinlə gördüklərin sənə yetər. Kim nə deyir, desin. Eşit, inanma.
Tıxacdan birtəhər qurtulub yolumuza düzəldik. Bir qədər gedəndən sonra avtobusun təkəri çuxura düşdü. Əli nətəri səndirlədisə, başı qapıya dəydi. Başına gələn başmaqçı olar, deyirlər. Belə olayla çox üzləşdiyimdən məni gülmək tutdu.
Məni tərs-tərs süzən Əli dedi ki, bəs televizorlar səhərdən axşamadək aləmə car çəkirlər ki, Bakının yolları əsaslı təmir edilir, onlar dünya standartlarına uyğun yenidən qurulur. Bəs bu nədi? Dedim, nə olsun deyirlər. Hər deyilən doğru olmaz ki. Eşit, inanma.
Gördüm əsəbindən Əlinin sifəti bozarıb, üzü rəng verib-rəng alır. Soruşdum, nə oldu? Dedi ki, əgər bu gündən belə televizorlarda deyilənlərə, hər eşitdiyimə inansam, atamın oğlu deyiləm.
Bir söz demədim. Amma düşündüm ki, kaş hər deyilənə inanan həmkəndlilərim Bakıya gələydilər, hər şeyi gözləriylə görəydilər, daha eşitdiklərinə inanmayaydılar. Bəlkə bu yolla Nuh əyyamından “qalmağı” tərgidə, müasirləşə bilərlər.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:09 CƏMİYYƏT
-
Putinin sözçüsü: "Ukrayna reallığı qəbul etməli, siyasi iradə göstərməlidir, qaldı Zelenskiyə..."
Bugün, 11:59 GÜNDƏM
-
Orionid meteor yağışı yağacaq
Bugün, 11:52 GÜNDƏM
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
Bugün, 11:41 GÜNDƏM
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb, cinayət işi açılıb - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:31 GÜNDƏM
-
İlham Əliyev Kambocanın Baş naziri görüşdü, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (Yenilənib)
Bugün, 11:29 GÜNDƏM
-
İrandan gözlənilməz gediş - Rəsmi Tehran Səudiyyə Ərəbistanı ilə Husilər arasında vasitəçilik təklif edib
Bugün, 11:20 SİYASƏT
-
Prezident İlham Əliyev İspaniya Kralına məktub ünvanlayıb - MƏTN
Bugün, 11:08 GÜNDƏM
-
"Qalatasaray" "Barselona" ilə oyuna hazırlaşır
Bugün, 10:56 İDMAN
-
"Kim Milyoner Olmaq İstər?"də yeni sürprizlər: Oktay Kaynarca getdi, qaydalar dəyişdi
Bugün, 10:36 İQTİSADİYYAT
-
Cibuti sahillərində qayıq batdı: 139 nəfər ölüb, aralarında uşaqlar da var
Bugün, 10:25 DÜNYA
-
Ağ Evin mətbuat katibi bu gündən işə başlayır: "Keti əla iş görəcək"
Bugün, 10:12 PRESS
-
BAŞ NAZİRLƏ MÜDAFİƏ NAZİRİNƏ SUİ-QƏSD TƏHDİDİ ÖLKƏNİ AYAĞA QALDIRDI - Saxlanılan var
Bugün, 10:03 GÜNDƏM
-
Tramp "Dədə Qorqud"luğa keçib - Bu dəfə Atlantik və ya Sakit okeanlarının adlarını dəyişmək İstəyir
Bugün, 09:48 GÜNDƏM
-
İcra Hakimiyyətinin vəzifəli şəxslərinə töhmət verildi - FOTO
Bugün, 09:48 CƏMİYYƏT
-
KOLLECLƏRLƏ BAĞLI YENİ PLAN: bəziləri bağlanacaq, bəziləri isə...
Bugün, 09:19 CƏMİYYƏT
-
Nazirliyin keçmiş işçisi "AZCON Holdinq"də vəzifəyə təyin edildi
Bugün, 09:01 İQTİSADİYYAT
-
İlkay Gündoğan "Qalatasaray"dan gedir? - Açıqlama
Bugün, 00:43 İDMAN
-
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı birgə bəyanat yaydı
Bugün, 00:31 DÜNYA
-
Nihat Kahveci: "Kərəm Aktürkoğluna nə olub?"
Bugün, 00:15 İDMAN
-
Burak Yılmaz ilk matçında 3 qolla qələbə qazandı
Bugün, 00:13 İDMAN
-
Ər-Riyaddakı Kral Xalid Hava Limanına növbəti dəfə zərbə endirilib
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Gəncədə ata oğlunu öldürüb
11.10.2026, 23:24 KRİMİNAL
-
Rusiya və Ukrayna yanacaq və enerji sahəsinə hücumu dayandırdı: "Atəşkəsi pozmayın"
11.10.2026, 19:35 GÜNDƏM
-
Şair Ayaz Vəfalı vəfat edib
11.10.2026, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
11.10.2026, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
11.10.2026, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
11.10.2026, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.10.2026, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
10.10.2026, 16:07 GÜNDƏM