Bakir Səfərovla bağlı daha bir qərar verildi

img

16-07-2025 [10:19]


İyulun 15-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq-mühafizə orqanlarının saxladığı Bakir Səfərovun işi üzrə məhkəmə iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a B.Səfərovun qardaşı, jurnalist Seyfəddin Hüseynli məlumat verib.

O bildirib ki, B.Səfərov barəsində həbs tədbirinin 3 ay müddətinə uzadılmasına və onun oktyabrın 19-dək həbsdə saxlanmasına qərar verilib. Medianın iştirakı olmadan keçirilmiş məhkəmədə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları iştirak ediblər.

S.Hüseynli qeyd edib ki, ali təhsilli pedaqoq, ixtisasca rus dili və ədəbiyyatı müəllimi olan 61 yaşlı Bakir Səfərov hipertoniya – yüksək qan təzyiqi xəstəsi olmaqla yanaşı, sağlamlığında digər problemlər də var.

İstintaq materiallarına, şahid ifadələrinə görə, B.Səfərovun üzərində hər hansı ciddi və əsaslı ittiham yoxdur.

Xatırladaq ki, onun iki qardaşı – Hüseyn və Ziyəddin Səfərovlar bir müddət öncə zorakılıqla həbs edilərkən işgəncələr nəticəsində vafat edib ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA