DEPUTAT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİNDƏKİ TEZİSLƏRDƏN YAZDI...

DEPUTAT İLHAM ƏLİYEVİN MÜSAHİBƏSİNDƏKİ TEZİSLƏRDƏN YAZDI...

SİYASƏT

Bugün, 17:47

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasındakı siyasi münasibətlərin iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşdiyini bildirib.

Azərbaycan ilə Özbəkistan arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin də dərinləşməsinə şərait yaratmışdır. İki ölkə arasındakı strateji, qardaşlıq və səmimi əsaslara söykənən münasibətlər xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. Son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Belə ki, Azərbaycan ilə Özbəksitan arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 178 milyon dollar idisə, bu göstərici 2024-cü ildə 252 milyon dollara, ötən il isə 795 milyon dollaradək yüksəlib.
2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 3.2 dəfə artıb. Ötən il Azərbaycan Özbəkistandan 719 milyon dollar dəyərində mal idxal edib. Hazırda Özbəkistan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, Özbəkistan Azərbaycanın türk dövlətləri arasında Türkiyədən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. MDB-də də Özbəkistan ikinci ən böyük ticarət tərəfdaşımız statusuna malikdir. Bütün bunlar ölkələr arasında münasibətlərin son illər daha da inkişaf etdiyini təsdiq edir.
Azərbaycan Prezidentinin müsahibəsində qeyd edilən strateji məqamlardan biri də qarşılıqlı sərmayə qoyluşlarıdır. Üç il əvvəl 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti çoxsaylı layihələri maliyyələşdirərək ölkələr arasındakı strateji münasibətləri daha da dərinləşdirməkdədir.
Ölkələr arasındakı yüksək səviyyəli səfərlər və görüşlər də münasibətləri daha gücləndirir. Xüsusən də iki dövlət başçıları arasındakı mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynamaqdadır.

Vüqar Bayramov

Millət vəkili

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR