Fahrettin Altun yeni qurumun rəhbəri təyin olunub - Açıqlama

img

10-07-2025 [11:53]


Prezident Ərdoğanın sərəncamı ilə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun vəzifədən azad edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, digər sərəncamla o, İnsan Haqları və Bərabərliyi Qurumunun (TİHEK) rəhbəri təyin olunub.

Yeni tyəinatı ilə bağlı açıqlama verən Fahrettin Altun Ərdoğana təşəkkür edib: “Mənə bu vəzifəni əmanət edən, mənə güvənən, dəstəyini heç vaxt əsirgəməyən Prezidentimizə minnətdaram"

Xatırladaq ki, onun boşalan postuna isə Xarici işlər nazirinin müavini Burhanəddin Duran  təyinat alıb.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA