Hindistanda magistral yoldakı körpü uçub, 4 maşın çaya düşüb - 9 nəfər ölüb (FOTO)

img

09-07-2025 [13:51]


Hindistanın Qucarat əyalətində magistral yolda körpü uçub.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, ştatın Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki dirəyi arasında olan hissə dağılıb.

Məlumata görə, nəticədə  hadisə zamanı körpüdən keçən iki yük maşını və iki pikap çaya düşüb: "İlkin məlumatlara görə, 9 nəfər ölüb, 6 nəfər yaralanıb. Faktla bağlı araşdırma başlayıb".

Tahir Şəlvəli
MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 31.10.2025

ETN-də YOXLAMA BAŞLADI

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA