Lisey və gimnaziyalara keçiriləın imtahanda saxtakarlıq iddiası... - Valideynlər fakt açıqlayır, nazirlik isə yenə araşdırma vədi verir
02-07-2025 [11:34]
Lisey və gimnaziyalara V və VI siniflər üzrə keçirilən qəbul imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı iddialar var.
Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a şikayət ünvanlayan valideynlərdən biri bildirib ki, “Votsapp” qrupunda bir gün öncə imtahan sualı paylaşılıb.
İmtahandan sonra məlum olub ki, həmin sual məhz V siniflərin qəbul imtahanına salınıb: “Bizə əvvəlcədən bildirilmişdi ki, imtahana saat taxmaq olar. Amma oğlum Kimya-Biologiya Təmayüllü Respublika Liseyində keçirilən imtahana girərkən qolundakı adi saatı “ağıllı saat” adı ilə çıxarıblar, ona “yalançı” deyiblər. Bu da övladıma çox pis təsir edib, o, imtahanda həyəcanlanıb. Uşaq ayda bir dəfə bu liseyə sınaq imtahanına gedirdi, balı 50-dən aşağı olmayıb. Bina ona tanışdır deyə imtahanda da oranı seçdik. Nəzarətçi deyib ki, məndən vaxt barədə heç nə soruşmayın, özüm yarım saatdan bir məlumat verəcəyəm, amma məlumatlandırmayıb. Oğlum nəzarətçidən imtahanın bitməsinə nə qədər vaxt qaldığını soruşanda nəzarətçi əvvəl 1 saat 15 dəqiqə qaldığını desə də, bir müddət sonra vaxtı səhv dediyini, az vaxt qaldığını bildirib. Uşaq həyəcan keçirib. Bütün bunların qəsdən planlı şəkildə edildiyini düşünürük. Həmişə imtahandan müsbət əhvalda çıxıb həyət qapısına gələn uşaq bu dəfə pilləkəni düşə bilmədi. 27 iyunda keçirilən VII siniflərin qəbul imtahanından bir gün qabaq "Votsapp" qrupunda paylaşılan sual 27 iyunda imtahana düşdü. Məlum oldu ki, imtahan sualları satılıb. Qrupa sualı atan valideynlə əlaqə kəsildi, qrupdan çıxdı. Sualların satılması barədə əlimizdə başqa məlumatlar da var. İl boyu hazırlıqlara niyə o qədər pul tökürdük? Pul əhəmiyyətli deyil, uşağımı niyə bu qədər əziyyətə, stressə salırdım? Düşündük ki, dövlət liseyidir, hər şey şəffafdır. Əgər suallar əvvəlcədən veriləcəkdisə, niyə uşaqlarımız bu qədər əziyyət çəkirdi? Aidiyyəti üzrə qurumlara müraciət etmişəm. Bizə deyirlər ki, araşdırılacaq".
Sayt məsələni sosial şəbəkələrdə də araşdırıb. Məlum olub ki, 27 iyunda keçirilən lisey və gimnaziyalara V və VI siniflərin qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı xeyli şikayətlər var.
Məsələni araşdırmaq üçün Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan verilən açıqlama isə belə olub: "Hazırda Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır, qısa zamanda ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq".
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!