İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib

İndoneziya XİN başçısı: İrandan Azərbaycana 90-dan çox vətəndaşımız təxliyə edilib

SİYASƏT

21.06.2025, 15:54

İndoneziya İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana 90-dan çox vətəndaşını təxliyə edib.

Bu barədə İndoneziyanın xarici işlər naziri Sugiono bildirib.

Nazir İrandan və İsraildən 101 İndoneziya vətəndaşının təxliyə edildiyini təsdiqləyib.

"97 nəfər quru yolu ilə İran-Azərbaycan sərhədinə təxliyə edilib. Onların arasında 93 İndoneziya vətəndaşı, səfirlik əməkdaşları, həmçinin İndoneziya vətəndaşının həyat yoldaşı bir əcnəbi var. Hazırda onlar Bakıdadırlar", - o qeyd edib./Report

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR