Hakan Fidan Putinin müşaviri ilə müzakirə aparıb

img

15-05-2025 [23:27]


Bu gün Türkiyənin XİN başçısı Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Ukrayna heyəti ilə gözlənilən toplantı və ikitərfli məsələlər ətrafında müzakirə aparılıb.

Görüşdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və digər qonaqlar da iştirak ediblər.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR