Tramp Netanyahuya qəzəbləndi - İsrailə qadağalar qoyulub

Tramp Netanyahuya qəzəbləndi - İsrailə qadağalar qoyulub 

DÜNYA

Bugün, 09:36

ABŞ prezidenti Donald Tramp İsrailin Livana hücumunu dayandırmasına görə Baş nazir Netanyahuya qəzəblənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail mətbuatında yer alan iddialara görə, ABŞ prezidenti Donald Tramp əvvəllər İsrailə verilən "məhdudiyyətsiz hərəkət azadlığı"na son qoyub: “Tramp konkret olaraq Livanın Beyrut və Tir kimi ərazilərində əməliyyatlara icazə verməyib. Bununla belə, Vaşinqtonun Qəzzada planlaşdırılan genişmiqyaslı əməliyyatları dayandırıb”.

İsrailin Kanal 13 televiziyasına danışan yüksək vəzifəli şəxs deyib ki, ABŞ İsrailə, konkret Baş nazir Netanyahuya əməliyyat qadağası tətbiq edib: “Donald Tramp administrasiyası İsrailin təkcə Livanda deyil, həm də müxtəlif cəbhələrdə hərbi fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyə başlayıb”.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR