Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsini anıblar - FOTO
GÜNDƏM
09.05.2025, 12:43
Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 80 il ötür.
Mia.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.
Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı ilə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Azərbaycan xalqı artıq beşinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın uğrunda 30 il mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TÜRKİYƏ ƏHALİSİNİN ÇOXU NƏ İQTİDARA, NƏ MÜXALİFƏTƏ GÜVƏNİR - Daha bir seçki qorğusu təhlükəli vəziyyəti üzə çıxardı
Bugün, 10:39 SİYASƏT
-
Publik hüquqi şəxslərin rəhbəri və müavininin vəzifə maaşı müəyyənləşdi - Ayda 3600 və...
Bugün, 10:24 GÜNDƏM
-
MƏŞHUR OMİD MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ TUTULDU - Səbəb + VİDEO
Bugün, 10:24 KRİMİNAL
-
Tanınmış xanəndənın həyat yoldaşı həbs olundu - Narkotiklə...
Bugün, 10:12 MƏDƏNİYYƏT
-
Rəis parkinqdə 71 yaşlı qadını maşınla vurub
Bugün, 10:06 KRİMİNAL
-
ABŞ-dakı seçki ilə bağlı son məlumat: Demokratlar Nümayəndələr Palatasında 253, Respublikaçılar isə 157 yer əldə edib
Bugün, 09:57 GÜNDƏM
-
Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza qar yağdı
Bugün, 09:50 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 09:49 İQTİSADİYYAT
-
Abşeronda evdə partlayış: iki nəfər xəsarət alıb
Bugün, 09:26 CƏMİYYƏT
-
Zidandan Türkiyə ilə oyuna sürpriz hazırlıq... - Hansı futbolçular heyətə çağırıldı?
Bugün, 09:08 İDMAN
-
Alaattin Çakıcı MHP-nin qərargahında - Dövlət Baxçalı ilə görüş oldu + FOTO
Bugün, 09:00 SİYASƏT
-
Türkiyədə sabiq nazir həbs edildi, əri isə... - 2 saat 15 dəqiqəlik ifadənin nəticəsi aydın oldu (YENİLƏNİB)
Bugün, 08:30 SİYASƏT
-
ƏRDOĞANDAN TRAMPIN SEÇKİDƏ UDUZMASINA REAKSİYA: "Köşəlik cümlə qurmaq hələ tezdir..."
Bugün, 01:04 GÜNDƏM
-
UEFA Konfrans Liqası: "Trabzonspor" uduzdu
Bugün, 00:37 İDMAN
-
İRANLA ABŞ ARASINDA GƏRGİNLİK YENİDƏN ARTIR - Putin araya girdi, rəsmi Tehran onun israrına rədd cavabı verdi
Bugün, 00:17 GÜNDƏM
-
"The Independent": Dövlət katibi istefa verəcək, o, prezidentliyə namizəd olacaq! - "ÖLKƏ TRAMPDAN ÜZ ÇEVİRİB!" - İDDİALARA REAKSİYA
Bugün, 00:10 GÜNDƏM
-
39 yaşlı kişi bıçaqlandı
Bugün, 00:07 KRİMİNAL
-
Türkiyədə film kimi qətliam törədilib: 8 nəfər yoldan keçrkən öldürülüb, bir nəfər ağır yaralanıb (FOTO)
Bugün, 00:05 KRİMİNAL
-
Avropa Liqası: 8 oyun keçirildi - NƏTİCƏLƏR (YENİLƏNİB)
05.11.2026, 23:48 İDMAN
-
Müctəba Xamenei Putinə məktub göndərib
05.11.2026, 22:50 GÜNDƏM
-
Daha bir şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
05.11.2026, 22:03 KRİMİNAL
-
Çempionlar Liqasında "Həftənin komandası": Türkiyə komandalarından iki futbolçunun da adı var
05.11.2026, 21:39 İDMAN
-
Mətbuat Şurasının sədr müavinləri, icraçı katibi seçildi
05.11.2026, 21:03 PRESS
-
"Liverpul"u devirən "Fənərbaxça" nə qədər qazandı?
05.11.2026, 20:08 İDMAN
-
Başqasının torpağında tikilən ev: hüquqi taleyi necə həll olunur? - EKSPERTDƏN İZAHAT
05.11.2026, 19:45 CƏMİYYƏT
-
"Amedspor" "Qalatasaray"la oyuna ciddi hazırlaşır: "Bu oyun, şübhəsiz ki, liderlik baxımından böyük oyun olacaq"
05.11.2026, 19:41 İDMAN
-
Tramp çağırışları geri çevirdi: "Müdafiə naziri vəzifədə qalacaq"
05.11.2026, 19:32 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb - Telefonda
05.11.2026, 19:24 GÜNDƏM
-
39 cinayəti vardı, həbsxanadan iznə buraxıldı və...
05.11.2026, 19:14 KRİMİNAL
-
İsrail hərbçiləri 30 fələstinlini həbs edib
05.11.2026, 19:02 DÜNYA
-
Özbəkistan Prezidenti İlham Əliyevə məktub göndərdi: "Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və..."
05.11.2026, 18:37 GÜNDƏM
-
Onlara da məcburi köçkün statusu veriləcək
05.11.2026, 18:07 GÜNDƏM
-
Prezident televiziya və radio işçilərini təltif etdi - SİYAHI
05.11.2026, 18:00 PRESS
-
Vilayət Eyvazov polis olmaq istəyən 179 nəfəri seçim turunun növbəti mərhələsinə buraxdı - VİDEO
05.11.2026, 17:58 CƏMİYYƏT