Suriya prezidenti Fransada: "İsrailin hücumlarının qarşısını almaq üçün..."

img

08-05-2025 [17:14]


"İsrailin Suriyaya hücumlarının qarşısını almaq üçün vasitəçilərlə əlaqə saxlayırıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Suriya prezidenti Əhməd Şara Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra birgə mətbuat konfransı deyib.

O, İsrailin Suriyaya tez-tez hücumunun qəbul olunmaz olduğunu deyib: "Bölgədəki vəziyyəti sakitləşdirmək və gərginliyi azaltmaq üçün vasitəçilərlə birlikdə səylər davam etdirilir. Bu sayədə vzəiyyət nəzarətdən çıxmadan qarşısı alınmalıdır. Bu, bir faktdır ki, İsrail Suriyaya tamamilə təcavüzkar akt həyata keçirib. Üstəlik, İsrail 1974-cü il razılaşmasını pozub".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA