Yeni qurulmuş dəmiryolu körpüsü çöküb, mətbuat katibi isə deyir ki... - "Məsuliyyət kimin boynundadır?" (FOTO)

img

24-04-2025 [13:46]


Məlum olduğu kimi, aprel ayının 16-da yağışlar nəticəsində Sumqayıt -Yalama sahəsində Xaçmaz rayonu, Qaraçı kəndi yaxınlığında Ağçayın üzərindəki yeni salınan dəmiryolu körpüsünün bir hissəsi çöküb, dəmir yolu infrastrukturunun bir işə yaramadığı üzə çıxıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC  belə bir vəziyyətin yaranmasının səbəbi kimi, normadan artıq yağışın yağmasını arqument kimi irəli sürüblər. Lakin məsulliyyətsizlikdən, səhlənkarlıqdan, ciddi yeyintilərdən söhbət açılmayıb. Bəs bunun məsuliyyəti kimin boynundadır? 

ADY QSC-nin mətbuat xidməti çıxıb rahatca deyir ki, bəs qeyri-sabit hava şəraiti nəticəsində olub və baş vermiş hadisəni  normal hal kimi qəbul edir.  Belə olduğu təqdirdə sual yaranır, necə olur ki, 100 illik körpü yağış sularına dayanıqlı oldu, yenicə qurulmuş körpü isə 4-5 saatlıq yağış nəticəsində dağılır?!

Mütəxəssislər bildirir ki, belə hadisələr bir çox tikinti normativlərinə əməl edilmədiyi üçün yaşanır.

Xatırladır ki, bu hadisəsə birinci hal deyil. Keçən ilin iyul ayında elə sözügedən hadisənin baş verdiyi Sumqayıt-Yalama sahəsində  Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarının Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissədə relsdən çıxmışdı, nəticədə vaqonlarda olan inşaat materialları dağılıb və sahibkarlara ciddi zərər dəymişdi.  

O vaxtı da, məsuliyyəti siravi işçinin üzərinə yıxaraq sahənin rəisi və xidmətin rəisi məsuliyyətdın yayına bilmişdilər. Həmin qatar qəzasının hansı səbəbdən baş verməsi barədə isə ADY heç bir açıqlama verməmişdi. Son vaxtlar yeni qurulmuş  dəmir yolu xəttlərində tez-tez baş verən qəzalara səbəb nədir?

Bu yaxınlarda Sumqayıt-Yalama sahəsinin yenidənqurması üçün Asiya Bankı tərəfindən yenidən külli-miqdarda vəsait ayrıldı. Lakin yaxşılığa döğru dəyişən yalız sahənin rəisi Elxan İsmayılovun və işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abdulazimovun maddi durumudur.

ADY-nin əsas fəaliyyəti yük və sərnişin daşımalarıdır. Bu fəaliyyəti təhlükəsiz təşkil etmək üçün dəmir yolu infrastrukturunu daima saz vəziyyətdə saxlamaq lazımdır. Dəmir  yolu infrastrukturu dedikdə bura rabitə-işarəvermə, kontakt şəbəkə sistemi, yol təsərrüfatı, elektrik təchizatı və s. sahələr aiddir. Yüz minlərlə sərnişinlərin həyatını “yeni” adı altında köhnə kabellərin, qurğuların, cihazların ümüdünə buraxan rəislərdən nə gözləmək olar? Ümumiyyətlə, dəmir yolu belədir ki, onu müntəzəm olaraq yoxlamaq lazımdır. Sıravi işçilər deyil, işləri təhvil alanlar qanun qarşısında məsuliyyətə cəlb edilməlidir.   Belə olmadığı təqdirdə bu kimi hadisələr daha çox təkrarlanacaq. 

Xöşbəxtlikdən bu qəzalarda insan itkisi olmadı. Lakin, işlər belə davam edəcəyi təqdirdə bunun baş verəcəyi gözləniləndir. Lakin,  görünür hərəkətin təlükəsizliyi, insan həyatı heç kəsə maraqlı deyil. Təəssüf...

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR