ASİYANIN İKİ NƏHƏNG ÖLKƏSİ QARŞI-QARŞIYA GƏLDİ: Pakistan Hindistanı müharibə ilə hədələdi - "Bu, müharibə elanı hesab olunacaq"
24-04-2025 [15:56]
"Hindistanın Hind çayı hövzəsində su axının qarşısını ksmək və ya onun səmtini dəyişdirmək cəhdi müharibə elanı hesab olunacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion bəyanatı Pakistan Baş Nazirlik Ofisi yayıb.
Bildirilib ki, Cammu və Kəşmirdə 26 turistlərə qarşı törədilən terror aktından sonra Pakistanın baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında yeni qərar qəbul olunub: "İclasda Hindistanın Hind Suları Müqaviləsinin dayandırılmasına dair birtərəfli qərarı rədd edilib, razılaşmanın regional sabitlik üçün əhəmiyyətli olduğu çatdırılıb. Xüsusi vurğulanıb ki, Pakistanın su hüquqlarını qorumaq əzmindədir və qanuni olaraq Pakistana aid olan çaylardakı suyun axınının istiqamətləndirilməsi cəhdi ilə barışılmayacaq. Pakistan Hindistanın Pakistana məxsus olan su axınına mane olmaq və ya başqa istiqamətə yönəltmək cəhdini müharibə elanı kimi qiymətləndiriləcək"
Bəyanatda Hindistanın İslamabaddakı diplomatik heyətinin 30 aprel tarixindən etibarən maksimum 30 nəfərlə məhdudlaşdırılacağı da qeyd edilib: "Həmçinin, Pakistanın hava məkanı Hindistana aid olan və ya Hindistan tərəfindən həyata keçirilən bütün uçuşlara qapadılacaq, ticarət dayandırılacaq, iki ölkə arasındakı Vagah Sərhəd Qapısı dərhal bağlanacaq".
Xatırladaq ki, aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Terror aktından sonra Hindistanın baş naziri Narendra Modi Səudiyyə Ərəbistanına rəsmi səfərini yarımçıq kəsərək Yeni Dehliyə qayıdıb. Həmin vaxtı Pakistanda qadağan edilmiş “Ləşkər-ə-Tayyibə” (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Modi isə ölkəyə dönən kimi, "Hind Suları Müqaviləsi"ni dayandırıb, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini və bütün Pakistan vətəndaşlarına verilən vizaları ləğv edib.
Tahir Şəlvəli
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub