Məhkəmə sədri təqaüdə göndərilib

img

24-04-2025 [12:13]


Səbail Rayon Məhkəməsinin sədri və hakimi Ağamalı Qafarov təqaüdə göndərilib.

Məlumata görə, tanınmış hüquqşünas yaş həddi ilə bağlı səlahiyyətlərini dayandırıb. 

Ağamalı Qafarov hakimlik fəaliyyətini verdiyi bəraət hökmü ilə yekunlaşdırıb. O, qəsdən sağlamlığa az ağır xəsarət yetirən şəxsi təqsirsiz hesab edib.

Xatırladaq ki, onun yerinə artıq təyinat rəsmiləşib. Prezidentin sərəncamı ilə Azər Paşayev Səbail Rayon Məhkəməsinin sədri və hakimi təyin olunub(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA