Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

img

24-04-2025 [14:04]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.

Mia.az xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir.

Mərkəz fundamental və kilinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.

Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA