Taleh Kazımov daha bir neçə təyinata imza atıb

img

22-04-2025 [14:51]


Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.

Digər əmrlərlə, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin, Abbasov Əfqan Hikmət oğlu isə Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA