İmişlidə məktəblilərin öldüyü yol qəzası... - Saxlanılan 14 nəfərin həbs müddəti artırılıb
07-04-2025 [12:15]
İmişlidə məktəblilərin öldüyü yol qəzası baş verəndən sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, İmişli rayon Məhkəməsində keçrilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və saxlanılan şəxslər barəsində olan həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb.
Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Hadisə nəticəsində 2 məktəbli ölüb, bir məktəbli və YPX avtomobilinin sürücüsü xəsarət alıb.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə baş verəndən sonra qəzaya düşən YPX avtomobilinə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
Onu da əlavə edək ki, qəzada xəsarət alan uşaqlardan biri müalicə olunduğu Yeni Klinikada yanvarın 22-si saat 01:45 radələrində dünyasını dəyişib.
MİA.AZ
AZƏRBAYCANDA YENİ İNSTİTUTLAR YARADILIR - SİYAHI
Hərbi ekspert Ədalət Verdiyev azadlığa buraxıldı
BMT rəsmisi: "Qəzzada vacib tibbi və sağlıq imkanları tükənir"
“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələri genişləndiriləcək - Əli Əsədov qərar imzaladı
Ceyhun Bayramov BƏƏ-yə gedib
Küçə itləri 9 yaşlı uşağa hücum edib
"Yalan söhbətdir, bığ-saqqalımızı qırxan olmayıb" - "Qalmaqallı filmin aktyoru danışdı
Qarabağda daha 2009,1 hektar ərazi minalardan təmizlənib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub
Xaricdə oxuyan daha 51 nəfərin diplomu tanınmayb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Bu suallarımız havada qalıb" - Putinin sözçüsü
Rəsmi Moskvadan neftin ucuzlaşmasına reaksiya: "Bu, ABŞ-dan aslıdır, vəziyyət çox gərgindir"
Müsavat Partiyası aclıq edən Tofiq Yaqublu ilə bağlı hakimiyyətdən cavab gözləyir: "Dialoqa hazırıq"
Türkiyə əhalisi kimi yenidən prezident görmək istəyir? - SORĞU
Bakıda məktəb yaxınlığında şok olay: azyaşlı qızlara əxlaqsız hərəkətlər edən manyak peyda olub - DİN-dən reaksiya (Yenilənib)
"Axırda onu şantaj elədim ki..." - Flora Kərimova
Məhkəmə Bəxtiyar Hacıyevə "yox" dedi
Sabahdan ölkə ərazisində hava kəskin dəyişəcək - Xəbərdarlıq
İrandan Azərbaycana narkotik gətirən şəxslər tutulub
Qəzzada son 24 saatda itkilər artıb - Daha 57 nəfər həlak olub
Türkiyədə daha bir bir kriminal dəstəyə qarşı əməliyyat: liderləri və 12 üzvü qandallandı
David Babayan Bakıda hakim qarşısında: "Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri..." (Yenilənib)
KTN-də ƏMƏLİYYAT: xidmətin bir neçə vəzifəli şəxs qandallanıb, ardınca isə yoxlama başlayıb - (YENİLƏNİB)
Suqovuşan kəndinə daha 54 ailə köçürülüb
Dünyanı təhdid edən daha bir virus yayılır: qan, ağciyər, sidik yolları və... - Alimlər həyəcan təbili çalır
YASAMALDA EVİ SAHİBİNİN BAŞINA UÇURAN MƏŞHUR BİZNESMEN... - Həbs qərarından niyə şikayət verməyib? (YENİLƏNB)
Netanyahunun həbs qorxusu... - ABŞ-a səfər marşrutu 400 km uzadılıb
Gürcüstanda azərbaycanlı yaşlı qadını öldürüblər
Sabah hava necə olacaq? - Proqnoz
Vətən müharibəsi qazisi intihar edib
Deputatlar Buxarestə səfərə gedir
İmişlidə məktəblilərin öldüyü yol qəzası... - Saxlanılan 14 nəfərin həbs müddəti artırılıb
ERMƏNİSTAN ORDUSU YENƏ TƏXRİBATA ƏL ATIB - MN açıqlama yaydı
Bakıda evlərdən qaz sayğacı oğurlayanlar saxlanıldı
BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR GÖNDƏRİLİR - Təyinatlar təsdiqləndi (SİYAHI) - Yenilənib
CHP Partiya Məclisinin yeni üzvləri bəlli oldu - Özgür Özəlin "kilid siyahısı" təsdiqlənib
Mikayıl Cabbarov Şahbaz Şəriflə də görüşəcək
Qarabağda daha bir mina partlayışı: hərbçimiz həlak olub - DSX-dən açıqlama (YENİLƏNİB)
Xanlar Vəliyev yeni vəzifəyə gedir - Ölkənin hərbi prokuroru dəyişir
AHİK sədri Səttar Möhbalıyevin daha bir dostunu "vurdu" - Sədr müavini yola salındı
Ramallahda fələstinli uşaq öldürülüb - İki nəfər isə yaralanıb