BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR GÖNDƏRİLİR - Təyinatlar təsdiqləndi (SİYAHI) - Yenilənib

img

07-04-2025 [11:01]


Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.

Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.

Təklifə əsasən, Muxtarov Kamran Nüsrət oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Məmmədov Elçin Qüdrət oğlu (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi müzakirə olunub.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müvafiq məsələlər müzakirə olunub.

Sənədə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun (Saatlı Rayon Məhkəməsinin hakimi) hakim təyin edilməsi qərara alınıb.

Bununla barabər, layihəyə əsasən, Elşad İbiş oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.

Layihələr müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunub.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məsələ müzakirə olunub.

İclasda Mehdi Ədalət oğlu Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.

***

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə, o cümldən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR