YASAMALDA EVİ SAHİBİNİN BAŞINA UÇURAN MƏŞHUR BİZNESMEN... - Həbs qərarından niyə şikayət verməyib? (YENİLƏNB)
07-04-2025 [13:25]
Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.
Məlumata görə, Qalib Məmmədovla birgə həbs edilən ekskvator sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.
Belə ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olublar(Report).
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət verilmişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.
***
Martın 29-da Yasamalda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən,Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Və barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
***
Ötən gün Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov martın 28-də saxlanılıb.
Mia.az xəbər verir ki, Q.Məmmədov ötən gün faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb:
"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq