Ramallahda fələstinli uşaq öldürülüb - İki nəfər isə yaralanıb

img

07-04-2025 [10:02]


İsrail əsgərləri Qəzza ilə yanaşı, anklavdan kənarda olan işğal altındakı İordan çayının qərb sahilinin demək olar ki, bütün nöqtələrində fələstinlilərə basqınları davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün Fələstinin paytaxtı hesab olunan Ramallah şəhərində də İsrail hərbçiləri ilə gərginlik yaşanıb.

Məlumata görə, nəticədə bir azyaşlı güllələnərək öldürülüb.

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, Ramallahın şimal-şərqindəki Turmusəyya qəsəbəsində güllələnə uşaq 14 yaşlı Ömər Məhəmməd Saade Rabidir: "O, İsrail əsgərlərinin ona atəş açması nəticəsində həyatını itirib, iki nəfər isə yaralanıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR