AHİK sədri Səttar Möhbalıyevin daha bir dostunu "vurdu" - Sədr müavini yola salındı
07-04-2025 [10:21]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.
Mia.az Pravda.az-a istinadən xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Xatırladaq ki, bir müddət öncə, Ə.Ağasiyevin rəhbərlik etdiyi “Kurort” Qapalı Səhmdar Cəmiyyəti “Turizm və Ekskursiyalar” Şurası ilə birləşdirilib.
Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb.
“Kurort” QSC-nin balansına “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj” respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda “kurort naziri” adlandırılırdı.
Onu da qeyd edək ki, Əbil Ağasiyev 1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb. 1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb. 2007-2024-cü illərdə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Əməkdar həkim, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin (Səttar Möhbalıyev) müavini vəzifəsinə seçilib. O, konfederasiyanın 2024-cü ildə istefaya göndərilən sədri Səttar Möhbalıyevin ən yaxın kadrlarından olub.
MİA.AZ
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"