Polşanın müdafiə naziri: "Aİ NATO-nu əvəz edə bilməz"

Polşanın müdafiə naziri: "Aİ NATO-nu əvəz edə bilməz"

SİYASƏT

03.04.2025, 21:33

“Avropa İttifaqı (Aİ) NATO-nu əvəz edə bilməz. Belə bir niyyət və imkan da yoxdur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Polşa Müdafiə Naziri Kosiniak-Kamysz Brüsseldə keçirilən NATO-nın toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Aİ ilə NATO-nu müqayisə etməyin özü belə doğru deyil: "Aİ inkişaf və təhlükəsizlik sahəsi, NATO isə hərbi ittifaqdır, Aİ dövlətləri daha da inkişaf etmək üçün təhlükəsizliyə ehtiyac duyur. Bunun üçün də NATO var və biziəhalinin 80 faizi Rusiya tərəfindən açıq-aydın təhlükə gördüyü üçün müdafiə xərclərinin artırılmasını dəstəkləyir".

Samir Musayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR