Sosial-İqtisadi Kollecin qarşısında iki nəfər bıçaqlanıb

Sosial-İqtisadi Kollecin qarşısında iki nəfər bıçaqlanıb

KRİMİNAL

19.03.2025, 21:24

Ağdamda iki nəfər bıçaqlanıb.

Məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.

Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir

Faktla bağlı araşdırma başlanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR