Vincenzo Montella: "Oyuna ən yaxşı şəkildə hazırlanırıq"

img

19-03-2025 [18:24]


Türkiyə Milli Komandasının baş məşqçisi Vincenzo Montella Türkiyə yığmasının Macarıstanla oyunu öncəsi  açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Montella jurnalistlərə müsahibəsində azarkeşlərə ümidli olduğunu gizlətməyib:

"Azarkeşlərimizin nə qədər güclü olduğunu bilirik. Bütün rəqabətləri unutmaq lazımdır. Bu birliyi görmək istəyirik. Bunun İstanbulda olması da həyəcan vericidir. Əlimizdə olan futbolçulara nəzər salsaq, qarşıda bizi iki matç gözləyir. Bu 180 dəqiqə ərzində həm 4, həm də 3 nəfərlik müdafiə sistemi ilə oynamaq imkanımız var. Biz bu oyunda özümüzü sübut edib, A Liqasına getmək istəyirik. Bu matçlara ən yaxşı şəkildə hazırlaşacağıq".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR