“Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib
MƏDƏNİYYƏT
12.03.2025, 23:51
Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.
1992-ci ildə baş verən və bəşər tarixinin ən qanlı hadisələrindən birinə çevrilən Xocalı soyqırımı insanlıq faciəsi olmaqla yanaşı, həm də neçə-neçə insanın, ailənin sevincini əlindən almış, əbədi ağrıya çevrilmişdir.
“Xocalı. Son toy...” bədii-sənədli filmində də illər öncə "Vağzalı"sı yarımçıq qalan toyun sədaları yenidən eşidilir, azad-abad Xocalı yenidən toy-bayram əhval ruhiyyəsinə bürünür.
Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır.
Yarımçıq qalan toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, eləcə də həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toy mərasimi davam etdirir, Xocalı sakinlərinin yenidən doğma yurdlarına dönüşünü əyani formada nümayiş etdirirlər.
Filmin ideyası 1992-ci il 18 yanvarındakı sözügedən toyun fotosundan ilhamlanaraq gerçəkləşib. Ekran işi Xocalıda yarımçıq qalan toyu, bundan sonra baş verən prosesləri və günümüzü özündə ehtiva edir. Sözügedən toyda çəkilən ağ-qara foto yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılır ki, bu da Xocalının yenidən dirçəlməsini, yeni nəfəs tapmasını tərənnüm edir.
Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Qeyd edək ki, filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası... - Sərəncam
Bugün, 14:54 GÜNDƏM
-
Gömrük Komitəsinin keçmiş sədrinin bacanağı hakim qarşısında... - DETALLAR (YENİLƏNİB)
Bugün, 14:50 GÜNDƏM
-
Azərbaycan neft geologiyasının müasir düşüncə məktəbini yaradan alim... - Professor Bağır Əli oğlu Bağırovun 90 illik yubileyinə sözardı...
Bugün, 14:19 CƏMİYYƏT
-
Dövlət Gömrük Komitəsi yeni avtomobillər alır
Bugün, 14:08 İQTİSADİYYAT
-
Belçika orduya əlavə qüvvə toplayır - "Xəstəlik siyahısı "yumşaldılır"
Bugün, 14:00 DÜNYA
-
"Sən, ey uşaqlıq" tammetrajlı bədii filmi: müsabiqə qalibləri müəyyənləşdi
Bugün, 13:46 MƏDƏNİYYƏT
-
Natiq Cəfərli: "Mərkəzi bank diplomatik dillə və ÜDM-lə bağlı narahatlığını ifadə edir" - "Bu, hökumətin işidir"
Bugün, 13:37 İQTİSADİYYAT
-
Nazir 96 yaşlı Xalq artistini evində ziyarət edib - FOTOLAR
Bugün, 13:36 MƏDƏNİYYƏT
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
Bugün, 13:27 CƏMİYYƏT
-
İspaniyanın bir şəhəri mərakeşli miqrantların "işğalı"nda: ordu da qarşılarını kəsə bilmir - 24 saata 49 min sərhədi keçib!
Bugün, 13:19 DÜNYA
-
Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu - FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:02 GÜNDƏM
-
KİYEVDƏ AMERİKANIN DRON ZAVODU VURULUB - ABŞ kəşfiyyatının keçmiş rəsmisi "Qarşıda belə hallar daha çox ola bilər" deyir
Bugün, 12:59 GÜNDƏM
-
ATƏT sədri Azərbaycana gəlir
Bugün, 12:46 SİYASƏT
-
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçıları qeyri-rəsmi görüşdə - FOTOLAR
Bugün, 12:29 GÜNDƏM
-
Nuhi Abdinov nazir müavini təyin olunub
Bugün, 12:28 GÜNDƏM
-
"Bütün kanalların yutubunu “vurub” məhv edərəm" - Afət Fərmanqızı TV-lərə meydan oxudu, "kimsə mənə qadağa qoya bilməz" dedi
Bugün, 12:18 ŞOU-BİZNES
-
Rayonlara yağış yağacaq, Bakıda isə... - Sabahın hava proqnozu
Bugün, 12:11 CƏMİYYƏT
-
Müğənni estetik əməliyyatla tamam dəyişdi - FOTO
Bugün, 12:05 ŞOU-BİZNES
-
"Milan"ın əfsanəvi futbolçusu vəfat edib
Bugün, 11:58 İDMAN
-
Mərkəzi Bank sədrindən manatla bağlı - AÇIQLAMA
Bugün, 11:52 İQTİSADİYYAT
-
TƏBİB-də dəyişklik davam edir - Daha bir mətbuat katibi yola salındı
Bugün, 11:43 PRESS
-
Bazar günü dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bugün, 11:37 CƏMİYYƏT
-
Çolpon-Ata şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
Bugün, 11:05 GÜNDƏM
-
Şamaxıda oğul atasını bıçaqladı
Bugün, 10:57 KRİMİNAL
-
Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR + FOTOLAR (YENİLƏNİB)
Bugün, 10:45 GÜNDƏM
-
Pakistanda qar uçqunu: on alpinist itkin düşüb
Bugün, 10:37 DÜNYA
-
"Bakı Metropoliteni” QSC-də yeni təyinatları olub - Rəis müavini isə vəzifədən çıxarıldı
Bugün, 10:23 CƏMİYYƏT
-
Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı yeni qərar verdi
Bugün, 10:09 İQTİSADİYYAT
-
İraqlı nazir Ərdoğanın istədiyi sənədi niyə imzalamamışdı? - Açıqlama
Bugün, 10:06 DÜNYA
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 10:00 İQTİSADİYYAT
-
Rusiyada dünyanın diqqətni çəkən yeni ixtira: Xərçəng peyvəndi ilk klinik sınaqlardan uğurlu çıxdı
Bugün, 09:43 GÜNDƏM
-
Azərbaycanla Qırğızıstan arasında yeni sənədlər imzalandı - SİYAHI
Bugün, 09:43 GÜNDƏM
-
Yeni Partiya yardım istədi, 24 saata bu qədər pul yığıldı
Bugün, 09:29 SİYASƏT