Nazir onu xidmət rəisinin müavini təyin edib

Nazir onu xidmət rəisinin müavini təyin edib

CƏMİYYƏT

12.03.2025, 20:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin edilib.

Mia.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Bakupost.az

Nazirin əmri ilə Rəhimov Azər Eldar oğlu Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini təyin olunub. O, bundan əvvəl DOST Agentliyinin Hüquq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəis müavini Orxan Hüseynzadə idi. O, ötən ilin noyabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Aşağıdakı fotoda Orxan Hüseynzadə

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR