Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Müzakirə + FOTO
12-03-2025 [18:09]
Prezident İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.
Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.
Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
"Tikinti adi ilə bütün qəsəbəni iflic edən bu quldurları məsuliyyətə cəlb edin" - İcra başçısı ilə Agentlik sədrinə ağır ittihamlar
Albaniya prezidenti Bakıya gəldi - FOTOLAR
İranın dini lideri Trampın məktubuna rədd cavabı verdi, savaşa hazır olduqlarını dedi: "Amerikalılar və onların ünsürləri səhv edərsə..."
Ərdoğan Polşanın Baş naziri ilə görüşdə mühüm mesajlar verdi: "Əgər Avropa güc istəyirsə..." - "Rusiya "hə" deməlidir"
Nazir onu xidmət rəisinin müavini təyin edib
Bu rayonlarda ağacları qanunsuz kəsiblər
Bayramlardan sonra ilk iş günü ayın neçəsi olacaq?
Oleq Bakinski aclıq aksiyasına başlayıb - Məhkəmə prosesi
İsrail 5000 Kamikadze PUA almağa hazırlaşır - Şərtlər
Şolts brifinqdə: "NATO-nun Avropa ayağını gücləndirmək üçün..."
"Kral kaybederse" serialının baş rol qəhrəmanı həbs olunacaq? - İki məşhur aktyora cinayət işi açılıb
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Müzakirə + FOTO
Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub
Əfv Məsələləri Komissiyası bu gün toplandı- Daha 100-dək müraciət araşdırılıb (Yenilənib)
Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət katibi: "Avropa İttifaqı ilə Rusiyaya qarşı sanksiyalar və 300 milyardlıq aktivlərlə bağlı müzakirə aparacağıq"
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq
Ukrayna Ciddə danışıqlarında diplomatik təşəbbüsü ələ alıb
Xəzər rayonunda dələduzluq edənlər saxlanılıb
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul elan edib
Kreml Putin və Tramp arasında telefon danışığını istisna etmir
Mərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımı başlayıb
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə bir arada - FOTOLAR (YENİLƏNİB)
Pakistanda ordu ilə BLA döyüşçüləri arasında şiddətli döyüş gedir - 155 girov xilas olunub, 27 terrorçu zərərsizləşdirilib
Prezident hava daşımaları üzrə Dövlət Proqramını təsdiqləyib
Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir - ramp: ”Suriyanın açarı Türkiyənin əlindədir”
UEFA Konfrans Liqası: sabah 8 qarşılaşma olacaq
Bir milyon manatlıq dələduzluq işi: məhkəmə istintaqı təzələnib
Sabahın hava proqnozu açıqlandı
SOCAR-da daha bir dəyişiklik olub
Zərgərdən 250 minlik qızıl tacı oğurlayan qadın belə izah verdi: "Sevgilim üzülməsin deyə etdim" - FOTOLAR
Tamilla Şirəliyeva vəfat edib
Ceyhun Bayramov Şimali Makedoniya XİN başçısı ilə görüşüb - FOTOLAR
Bakıda saxlanılan şəxsin avtomobilində 32 kq narkotik aşkarlanıb