Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir - Tramp: ”Suriyanın açarı Türkiyənin əlindədir”
12-03-2025 [12:46]
Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb. Sənədə YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa imza atıb.
Ən maraqlısı budur ki, bizim siyasi analitiklərin bəzisi iddia edir ki, bu anlaşma YPG-yə Suriyada muxtar qurum yaratmaq imkanı tanıyır. Bu iddia hansı arqumentlərə söykənir? Bəlli deyil.
Türkiyənin məsələyə rəsmi münasibəti isə belədir: Bu sənəd iyi sənəd deyil. Xariqə bir sənəddir. Türkiyə bu sənəddən son dərəcə məmnundur. Hətta bəziləri iddia edir ki, bu sənəd məhz Ankarada yazılıb.
Gördüyünz kimi ortada kəskin fərq var.
Türkiyə Suriyada işi bitirib. Suriyada YPG-yə dəstək verən əsas ölkə ABŞ idi. Hə, İsrail də var, İran da, Rusiya da...var. Ancaq ABŞ yoxdursa, qalanı boş şeydir.
Türkiyə apardığı rasional siyasətin hesabına böyük işlər görür. Hazırkı Suriya rejiminə də ağıllı şəkildə proqressiv yön verir. Bu da Suriyada tərəflərin ümumi məxrəcə gəlməsinə şərait yaradır. Suriyada vəziyyət o ki, xarici müdaxilə yoxdursa və ya zəifdirsə, tərəflərin anlaşması qaçılmazdır. Türkiyə dövlət ağlı ilə Suriyada incə cərrahiyyə əməliyyatı aparır. Peşəkar səviyyədə iş görür.
Bir daha deyirəm: Suriyaya nəzarət edən Yaxın Şərqə nəzarət edir. Deməli, hazırda Yaxın Şərqə Türkiyə nəzarət edir. Və bu nəzarət getdikcə güclənəcək. Onu da qeyd edim ki, Türkiyə eyni vaxtda həm də Afrika, Avropa İttifaqı və Türkistanda öz mövqelərini möhkəmləndirir.
Bütün bunlar mənim şəxsi fikrimdir. Bəs, dünya mətbuatında bu məsələ neçə şərh olunur.
Londona bağlı “Middle East Eye” yazır: “Razılaşmaya əsasən Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumlar, o cümlədən sərhəd keçid məntəqələri, hava limanı və neft-qaz yataqları Suriya dövlətinin idarəçiliyinə inteqrasiya olunacaq”.
Sayt xatırladır ki, PKK lideri Abdullah Öcalan PKK-nı tərksilah olmağa və silahlı mübarizəni dayandırmağa çağırış edib. Rəsmi Ankara YPG-yə PKK-nın Suriyadakı uzantısı kimi baxır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan keçən ilin sonunda demişdi ki, YPG bütün PKK döyüşçülərini Suriyadan çıxarmalı və Ankara ilə sülh yolu ilə həllə nail olmaq üçün Suriyanın mərkəzi hökumətinə qoşulmalıdır.
“Middle East Eye” Türkiyə hökumətinə yaxın mənbələrə istinadən bildirib ki, razılaşma Suriyanın şimal-şərqində hər hansı muxtariyyət və ya federal kürd dövlətini nəzərdə tutmadığı üçün rəsmi Ankara tərəfindən müsbət qarşılanıb. O da birmənalıdır ki, 60 min döyüşçüsü olan YPG vahid Suriya ordusuna inteqrasiya olacaq, müstəqil ordu vahidi kimi çıxış etməyəcək. Bu, son dərəcə önəmli məqamdır.
Siyasi eksperti Ömər Özkızıkçı deyir ki, bu anlaşma ilə Suriyada kürdlərə bağlı muxtar idarəetmə layihəsi aradan qaldırıldı. Bu isə Türkiyə üçün son dərəcə həssas məsələ idi.
Şübhəsiz ki, bu anlaşma Amerikanın iştirakı olmadan ortaya çıxa bilməzdi. Sirr deyil ki, YPG ABŞ-ın dəstəyi ilə ayaqda qalır. Bəs, Amerika bu anlaşmada hansı mövqedən çıxış edib? “Middle East Eye” bu önəmli suala da cavab verməyə çalışır. Sayt bildirir ki, YPG-ni belə bir müqavilə imzalamağa vadar edən təkcə Öcalanın çağırışı deyil, həm də Amerikanın təzyiqidir. Amerika hökumətinə bağlı mənbələr sayta bildirib ki, Amerika təkid edirdi ki, YPG Türkiyə+yeni Suriya rejimi ilə anlaşsın. Bu da Vaşinqtonun öz hərbi qüvvələrini tezliklə Suriyadan çıxaracağına işarə sayıla bilər.
İsrailli analitik Gallia Lindenstrauss isə anlaşmanı belə dəyərləndirir: “Müqavilə qüvvəyə minərsə, bu, Türkiyəni Suriyadakı hadisələrə nəzarət etmək üçün daha güclü mövqeyə çıxaracaq”.
Saytın əldə etdiyi məlumatlara görə, Tramp administrasiyası Suriyanın yeni hökuməti ilə biznes sövdələşmələri, o cümlədən ölkənin şimal-şərqindəki neft ehtiyatlarına çıxış əldə etməkdə maraqlıdır.
Rəsmi şəxslər onu da bildirib ki, ABŞ prezidenti Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərdə maraqlıdır və bu sövdələşmə bu münasibətlərin dərinləşməsinə hesablanıb.
İsrailin baş naziri Binyamin Netanyahu isə Suriya kürdlərini Türkiyə ilə əməkdaşlıqdan imtina etməyə çağırıb və bu, Ankaranı xüsusilə qəzəbləndirib. Ona görə də müqavilə imzaladıqdan dərhal sonra İsrail döyüş təyyarələri Suriyanın cənubundakı əraziləri bombalayıb.
Amerika mətbuatı (voanews.com) isə yazır ki, Suriya ABŞ-ın iki müttəfiqi - Türkiyə və İsrail arasında gərginləşən rəqabət səhnəsinə dönüb. Təhlilçilər Türkiyənin Suriyada artan hərbi və diplomatik təsirindən İsrailin təşvişə düşdüyünü deyir, Ankara isə İsraili Suriyanın yeni rejimini sıradan çıxarmağa cəhd göstərməkdə ittiham edir.
“Reuters” agentliyi isə bildirir ki, Tayyib Ərdoğan xalqa tele-müraciətində əldə olunmuş müraciəti alqışlayıb. Deyib ki, anlaşmanın həyata keçirilməsi Suriyada əmin-amanlığa və stabilliyə ciddi töhfə verəcək.
Onu da xatırladım ki, 2024-cü ilin dekabrın 16-da Donald Tramp bəyan etmişdi ki, Suriyanın gələcəyinin açarı Türkiyənin əlindədir. Bu isə dolayısı ilə o deməkdir ki, Amerika Suriyanı Türkiyəyə həvalə edib.
Onu da deyim ki, Türkiyə bu haqqı qazanmaq üçün düz 14 ildir ki, Bəşər Əsədə qarşı qalxan Suriya xalqının yanında yer alıb. 5 milyona yaxın suriyalıya Türkiyədə sığınacaq verib.
Suriya ilə bağlı başqa bir önəmli məqam. Bəllidir ki, İsrail Suriyadakı azsaylı druzlar üzərindən ölkəni qarışdırmaq istəyir. Ərəb mediası çərşənbə axşamı bildirib ki, Əhməd Əl-Şaraanın rəhbərliyi ilə Dəməşqdəki yeni rejim Suriyanın cənubundakı Cəbəl əl-Druzi bölgəsinin Suveya mərkəzində druzlarla anlaşma əldə edib. Müqaviləyə əsasən bölgədə əksəriyyət təşkil edən druzlar bu ərazisinin dövlət qurumlarına tam inteqrasiyasına razılıq veriblər.
Yerli druz dini rəhbərliyinə yaxın mənbə sövdələşmə barədə deyilənləri təkzib edib. Ancaq onu da vurğulayıb ki, druz icması yeni rejimlə danışıqlara getməyə hazırdır. Bu arada isə Səudiyyə “Al Arabiya” televiziyası başqa bir mənbəyə istinadən müqavilənin “demək olar ki, hazır olduğunu” bildirib.
Məntiq də onu deyir ki, 60 min silahlı əsgəri olan YPG Suriya rejimi ilə anlaşma imzaladısa, yerdə qalan kiçik qrupların bunu etməməsi sadəcə mümkün deyil. Heç şübhəsiz ki, Suriyanın yeni rejimi yerli əhalinin 10 faizini təşkil edən ələvilərlə də oxşar anlaşma imzalayacaq.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Zelenski Trampla görüşə hazırlaşır
Pezeşkian Trampın təhdidinə boyun əymədi, MAQATE-nin qətnaməsinə isə belə reaksiya verdi: "Davam edəcəyik"
11 bloger saxlanıldı, 8-i axtarışa verildi - Türkiyədə
Dövlət Xidməti 50 % endirimlə 12 maşın satacaq
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev Baş nazirə başsağlığı məktubu göndərib
Dövlət İmtahan Mərkəzi daha bir imtahana bağlı məlumat yayıb
ƏƏSMN: "Pensiya, müavinət və təqaüdlərin artırılması üçün 1,4 milyard manat ayrılıb"
PREZİDENT SOSİAL MÜAVİNƏT və TƏQAÜDLƏRİ ARTIRDI - Məbləğlər
İsrailin həbs etdiyi iki türk aktivist sərbəst buraxılıb
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Paşinyan Ərdoğanla görüşə gedir
"Qalatasaray" Sane ilə anlaşdı, növbəti hədəf İlkay Gündoğandır
Astarada 46 yaşlı şəxs 23 kq narkotiklə tutulub
Hikmət Hacıyev: "Tərəfdaşlığının daha da möhkəmləndirilməsi üçün..."
Zelensk Rusiya ilə növbəti əsir mübadiləsinin olduğunu açıqladı
Hindistanda 242 nəfərin ölümü - "Boeing"in səhmlərini ucuzlaşdırdı
Dram Teatrının direktor postu mühasibə həvalə olunub
Prezident İlham Əliyev Qətər əmirinə məktub göndərib
20 özəl xəbər axtaranlara pulsuz məsləhət… - Təbriz VƏFALI YAZIR
Qubada tapılan meyit: ayağı kəsilib, gözləri yoxdur - VİDEO
Prezident İlham Əliyev zavod açılışında - FOTOLAR
Ramil Həsən Baş katib seçilib
Baş nazirin müavininə orden verildi - İlham Əliyev sərəncam imzaladı
Toyda müğənni 64 yaşlı qadını döyüb
Müsabiqə qaliblərinə qarğış...
Sabah hava necə olacaq? - Proqnoz
Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçiriləcək
Baş prokuror vətəndaşları qəbul edəcək
İstanbulda İŞİD-ə qarşı növbəti əməliyyat: 15 döyüşçüdən 9-u tutulub
İlham Əliyev Putinə məktub göndərdi: "Strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı..."
Aktrisa türkləri bahalıq yaratmaqda ittiham elədi: "Elə biri də mənim qohumum..." - FOTO
KTN-nin tabeliyindəki qurum 78 min manatlıq "Toyota"nı kimə alır?
Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət edib
Xaricdə oxuyan daha 52 nəfərin diplomu tanınmadı - Açıqlama
Dövlət sərhədinin pozulması halının qarşısı alınıb
DİM sədri nazirin "bostanına daş atdı": "Onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar" - VİDEO
Azərbaycan neftinin qiyməti 72 dolları ötdü
Qadın cərrahla bağlı qalmaqal böyüyür - VİDEO
Günəşdə nəhəng bir dəlik açılıb - Yerə yüksək sürətli şüa göndərir
İRAN HƏDƏLƏDİ, ABŞ BAĞDADDAKI SƏFİRLİYİ BOŞALTDI - Bölgədə böyük savaşın ayaq səsləri eşidilir (AÇIQLAMALAR)
Tramp 15 ölkəyə məktub göndərəcək
TRAMP YAXIN ŞƏRQDƏN HƏRBÇİLƏRİ GERİ ÇƏKİR: "Ora çox təhlükəli yerdir" - "İrana heç vaxt buna imkan verməyəcəyik"
Ağ Evin sözçüsü jurnalistə belə dedi: "Bu, nə axmaq sualdır”