Bir milyon manatlıq dələduzluq işi: məhkəmə istintaqı təzələnib
12-03-2025 [12:35]
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova, eləcə də digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.
Daha sonra şahidlər ifadə verib. Şahid Turan Verdiyevanın sözlərinə görə, o, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur: "Mən tibbi işçisi olmuşam. Şirkətin direktoru Nuridə Seyidova ilə müqavilə bağlamışam. İşim şirkətə müraciət edən talassemiya xəstələrinin qeydiyyatını aparmaqdan ibarət olub. İki ay işlədim, lakin maaş verilmədi. Tam iş günü işləmirdim, ona görə də 345 manat maaşa razılaşmışdım. Əgər, xəstə gətirsəydim, hər gələn xəstədən də əlavə vəsait veriləcəkdi".
Zərərçəkən Şövkət İsayevanın sözlərinə görə, övladı talassemiya xəstəsi olub. Bununla bağlı 2022-ci ildə Çinar Plazada təqsirləndirilən şəxslərlə görüşüb: "Onlarla tanışlıqdan sonra 30 min dollar verdik, dedilər ki, narahat olmayın, pulun üstünü düzəldib iki aya bizi Türkiyəyə göndərəcəklər. Türkiyədən Bakıya həkim gəlmişdi, bu məsələ ilə bağlı onunla maraqlandım, onlara belə bir müraciətin daxil olmadığını bildirdi. Nuridə ilə danışdım, dedi ki, məni buradan çıxart sizin pulunuzu qaytaracam".
Şahid Şahsuvar Paşayevin sözlərinə görə, cinayət işində həyat yoldaşı zərərçəkən kimi tanınıb. O deyib ki, övladının xəstəliyi ilə bağlı təqsirləndirilən şəxsləri tanıyıblar.
"Bizi bunlarla həkimlər tanış edib. Aynur xanımı da Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanımışıq. Daha sonra 30 min dollar Nuridə Seyidovaya vermişəm. Pulu verdim, lakin uşağı əməliyyat etmədilər, pulumu da qaytarmadılar. Aynur xanım xəstəxanada ürəyi hara istəyirdisə, ora da rahat girirdi", - o bildirib.
Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, daha sonra isə Aynur Bayramovaya verib: "Aynur Bayramovanın uşağı xəstə olduğu üçün pulu o götürdü".
Şahid Şahsuvar Paşayevin həyat yoldaşı - zərərçəkən Laura Paşayevanın sözlərinə görə, o, Gürcüstan vətəndaşıdır.
"Övladım ağır xəstədir, təcili əməliyyat olunmalıdır. Əgər, hissə-hissə belə olsa, mənim pulumu qaytarsınlar ki, övladımı əməliyyat etdirə bilim", - zərərçəkən deyib.
Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb:
"Atam qaraciyər serrozudur. Bizi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi təqsirləndirilən şəxslərə yönləndirib. Onlarla ofislərində görüşüb 25 min manat pul vermişik. Bir neçə ay keçdi, lakin atamı əməliyyat etdirmədilər, sonra onların həbs olunduğunu öyrəndim. Mircəlal doktorla danışdım, dedi ki, Nuridə Seyidova və digərləri onları da pis vəziyyətdə qoyaraq biabır ediblər".
Məhkəmənin növbəti iclası martın 19-a təyin olunub.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb(Report).
Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub
Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət katibi: "Avropa İttifaqı ilə Rusiyaya qarşı sanksiyalar və 300 milyardlıq aktivlərlə bağlı müzakirə aparacağıq"
“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anası və xanımına iftar məclisi təşkil etdi - FOTO
HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar
Mirzoyan: Sülh müqaviləsi layihəsinin 12-ci redaksiyasına yanaşmamızı Azərbaycan tərəfinə bildirmişik
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq
Ukrayna Ciddə danışıqlarında diplomatik təşəbbüsü ələ alıb
Xəzər rayonunda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul elan edib
Kreml Putin və Tramp arasında telefon danışığını istisna etmir
Mərkəzi Aranda və ətraf ərazilərdə rəqəmsal radio yayımı başlayıb
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri ilə bir arada - FOTOLAR (YENİLƏNİB)
Pakistanda ordu ilə BLA döyüşçüləri arasında şiddətli döyüş gedir - 155 girov xilas olunub, 27 terrorçu zərərsizləşdirilib
Prezident hava daşımaları üzrə Dövlət Proqramını təsdiqləyib
Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir - ramp: ”Suriyanın açarı Türkiyənin əlindədir”
UEFA Konfrans Liqası: sabah 8 qarşılaşma olacaq
Bir milyon manatlıq dələduzluq işi: məhkəmə istintaqı təzələnib
Sabahın hava proqnozu açıqlandı
SOCAR-da daha bir dəyişiklik olub
Zərgərdən 250 minlik qızıl tacı oğurlayan qadın belə izah verdi: "Sevgilim üzülməsin deyə etdim" - FOTOLAR
Tamilla Şirəliyeva vəfat edib
Ceyhun Bayramov Şimali Makedoniya XİN başçısı ilə görüşüb - FOTOLAR
Bakıda saxlanılan şəxsin avtomobilində 32 kq narkotik aşkarlanıb
Saakaşviliyə hökm oxunub
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi haqda qərar verdi
"Fənərbağça"nın revanşı: İstanbul komandası 3-1-lik məğlubiyyətin qisasını ala biləcək?
Sabiq səfir: "Siyasi gündəmlə maraqlanıram, köhnə qvardiya parlamentə qayıdıb..." - MÜSAHİBƏ
Keçmiş icra başçısı şikayət verib
AYB şairi məhkəməyə verib
Kolumbiyada hərbçilərə hücum olub - 5 əsgər həlak olub
Səbaildə “XS” gecə əyləncə mərkəzi sakinləri bezdirib: "Başını yastığa qoya bilmirsən..." - VİDEO
HƏMAS lideri təsdiqlədi: "Ümidvarıq ki, bu mərhələdə konkret irəliləyişə səbəb olacaq"
Nazirlik işə qarışdı, qiymətlər qalxdı - Plastik cərrahların "hoqqaları" sərhəd tanımır
Azərbaycan neftinin qiyməti 73 dollara çatdı
Tramp qırmızı "Tesla" aldı: "Mənə maşın sürməyə icazə verilmir, ancaq..." - FOTOLAR
Baş məşqçi: "Xaosdan çıxmaq üçün bizə qələbələr lazımdır"
Çempionlar Liqası: “Barselona” rəqibə şans vermədi, "Liverpul" isə penaltilərlə yola salındıl, bəs "İnter və "Bavariya"?
“Dərnəgül”də taxta bazarında yanğın - VİDEO