HƏMAS lideri təsdiqlədi: "Ümidvarıq ki, bu mərhələdə konkret irəliləyişə səbəb olacaq"

img

12-03-2025 [09:38]


Qəzzada atəşkəs razılaşması üzrə danışıqların növbəti mərhələsinə start verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS lideri Əbdülrəhman Şadidin açıqlama verib.

O bildirib ki, danışıqlar yenə Dohada gedir.

Şadidin sözlərinə görə, HƏMAS danışıqlara, o cümlədən ABŞ-ın xüsusi nümayəndəsi Adam Boehler ilə görüşlərə tam məsuliyyətlə və pozitiv yanaşır: "Ümidvarıq ki, bu mərhələdə konkret irəliləyişə səbəb olacaq".

Xatırladaq ki, İsraillə HƏMAS arasındakı ilk atəşkəs və əsir mübadiləsi razılaşması 42 gün çəkib. Bu müddətdə əsasən əsir mübadiləsi həyata keçirlib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR