Axtarışda olan şəxslərin gizləndikləri mənzilə FHN qüvvələri cəlb olunub

img

08-03-2025 [22:53]


Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətləri birgə məlumat yayıb

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR