Yevlaxda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb 

img

08-03-2025 [22:56]


Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb.

Bir neçə gün əvvəl rayonun Aran qəsəbəsində idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Tural Zeynalov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avtomobil qəzası nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR