"Qalatasaray" "Barselona"nın qapıçısı ilə maraqlanır

img

07-03-2025 [20:24]


 Hansi Flikin cəzalandırdığı “Barselona”nın qapıçısı İnaki Pena “Qalatasaray”ın formasını geyinə bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Barselona"nın 26 yaşlı qapıçısı İnaki Pena İspaniya Superkuboku zamanı Səudiyyə Ərəbistanında məşqə gecikdiyi üçün baş məşqçi Hansi Flik tərəfindən cəzalandırıldığından komandadan ayırlmağa can atır.

Məlumata görə, o, yayda Muslera ilə vida mərasimi keçirəcək "Qalatasaray"a transferə müsbət  yanaşır: "Artıq onun meneceri bu transferi mümkün sayıb".

Xatırladaq ki, "Qalatasaray" onu 2022-ci ildə icarə əsasında heyətinə qatmışdı. 

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA