Zelenskini şantaj edən Tramp... - PUTİNİ NƏ GÖZLƏYİR?
07-03-2025 [23:57]
Fransa imperatoru Napoleon Bonapartın (1804-1814) adına çıxılan qanadlı bir ifadə var. Deyilir ki, "Müharibəni davam etdirmək üçün üç şey lazımdır: pul, pul və daha çox pul”. Əslində isə bu fikir Gian Giacomo Trivulzioya (1440-1518) məxsusdur. O, İtaliya aristokratlarından biridir. Fransa karlı “tədbirli Lüdovik” kimi tanınan XI Lüdoviklə (1461-1483) yaxın olub. İtaliyada gedən bir çox müharibələrdə sərkərdə kimi şöhrət qazanıb.
Birmənalı olan isə odur ki, müharibəni davam etdirmək üçün təkcə Napoleon və Trivulziya yox, Vladimir Putinə də, elə Volodimir Zelenskiyə də pul lazımdır. Özü də söhbət dibi dəryada olan puldan gedir.
Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Hər iki tərəf əldən düşüb, tükənib. Pul-para da qalmayıb. Xüsusən ABŞ Ukraynaya hərbi və siyasi dəstəyini dayandıracağını bəyan etdikdən sonra rəsmi Kiyev çıxılmaz vəziyyətə düşüb. Aydındır ki, Ukrayna indiyə qədər ABŞ+Avropa İttifaqı+Böyük Britaniya... kimi ölkələrin pulu hesabına Rusiyanın qarşısında duruş gətirə bilmişdi. Vladimir Putinin 3 günə almaq istədiyi Ukrayna məhz Qərbdən gələn pul axınının hesabına 3 ildir ki, vuruşur.
Onu da deyək ki, Qərb tərəfindən total sanksiyalara məruz qalan Rusiyanın da maliyyə sıxıntıları aşkar şəkildə ortadadır.
O da faktdır ki, çəbhə xəttində heç bir tərəf ciddi uğur əldə edə bilmir. Faktiki olaraq hər iki tərəf yerində sayır. Belə bir dönəmdə Donald Tramp sülhə çağırış edir. Volodimir Zelenskiyə təhqiramiz şəkildə təzyiq göstərir. Bu olaydan Vladimir Putin məmnun görünür. Avropa İttifaqı Ukraynaya hərbi və siyasi dəstəyi dayandıran D.Tramp administrasiyasının yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib.
ABŞ Volodimir Zelenskidən nə istəyir? Yeni administrasiya Ukrayna prezidentini ciddi güzəştlərə vadar etməkdə qərarlı görünür. Ağ Evdəki biabırçılığın və şantajın əsl səbəbi bu amilə söykənir. Mahiyyətdə ABŞ, Ukrayna, Rusiya və Avropa İttifaqı sülh istəyir. Söhbət sülhün hansı şərtlərlə əldə olunmasından gedir. Ərazisinin 20 faizini itirən Ukrayna başa düşür ki, Amerika ondan daha çox güzəşt qoparmağa çalışır. Niyə? Çünki bu müharibədə zəif tərəf məhz Ukraynadır. Ukrayna öz məğlubiyyəti ilə razılaşır. Ancaq bu məğlubiyyət kapitulyasiya xarakteri daşımamalıdır. Yəni dirəndiyi dalandan daha abırlı şəkildə çıxmağa can atır. Bu da basadüşüləndir.
Avropa İttifaqı isə Rusiyanın Ukrayna müharibəsindən ciddi uduşla çıxmasını qəti istəmir. Çünki bu, gələcəkdə digər Avropa ölkələrinin də Rusiya tərəfindən hədəf alınmasına gətirib çıxara bilər. Necə deyərlər, iştaha diş altındadır...
Donald Tramp Amerikanın maddi maraqlarını önə çəkərək Ukraynanın təbii sərvətlərinə əl qoymaq istəyir. Ukraynanın işğal altındakı torpaqlarını da Rusiya geri qaytarmayacaq. Bu ölkənin Aİ-yə və NATO-ya qəbul olunması da gündəmdən çıxır.
D.Trampın Ukraynadan nə istədiyi konkretdir, birmənalıdır. Bəs, Amerika prezidenti bütün bunların müqabilində Rusiyadan hansı güzəştlər qoparacaq? Bu sualın cavabı bəlli deyil. Hə, müəyyən ehtimallar, fərziyyələr var. Amma dəqiq bir şey yoxdur. Dəqiq olan odur ki, ABŞ Rusiyaya yönəlmiş sanksiyaları daha da gücləndirmək istəyir. Niyə? Çünki Rusiya ABŞ-ın ondan qoparmaq istədiyi güzəştlərə “yox” demək məcburiyyətində də qala bilər. Yəni Volodimir Zelenskini şantaj edən D.Trampın bu dəfə V.Putinin üzərinə yeriməsi də mümkündür. Çünki amerikalılar yaxşı bilir ki, Rusiya nə qədər başını dik tutmağa çalışsa da əslində çoxdan diz çöküb. Yəni Rusiya da Amerikaya ciddi güzəştlərə getməyə məcburdur.
Ukrayna məsələsində Çin faktoru da var. Təsadüfi deyil ki, indiyə qədər Rusiyaya dəstək verən Çin artıq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rəsmi Pekin son 3 ildə demədiyini indi deyir. Niyə? Çünki Çin yaxşı başa düşür ki, ABŞ Çinlə apardığı ticarət müharibəsindən qalib çıxmaq üçün Rusiyanı öz yanına çəkməyə çalışır. Ona görə də Çin Ukrayna məsələsində Aİ ilə ortaq mövqedən çıxış etməyə üstünlük verir.
Bu məsələdə Türkiyə də Aİ və Çinlə demək olar ki, eyni mövqedə dayanıb. Hərbi sənayesində inqilabi sıçrayışla irəli gedən Türkiyə indi Aİ üçün vazkeçilməz tərəfdaşa çevrilib. Başqa sözlə desək, Türkiyə Aİ üçün “olmazsa, olmaz” statusuna yüksəlib.
Tarixin ironiyasına baxın: ABŞ və Aİ Türkiyəni parçalamaq üçün min oyundan çıxdı. PKK sorunu yaratdı. Bu problem Türkiyəni 100 milyard dollarlarla ziyana saldı. Ancaq bu işin müsbət tərəfi də oldu. Belə ki, PKK terroru ilə 40 ilə yaxın vuruşan Türkiyə hərbi baxımdan daha da gücləndi. O qədər gücləndi ki, bir həmləyə həm İranı, həm də Rusiyanı Suriyadan vurub kənara atdı.
O da məlumdur ki, Brüsseldə keçirilən sammit zamanı Aİ liderləri Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər. Müqayisə üçün deyim ki, 2024-cü ildə ABŞ-ın hərbi büdcəsi 824 milyard, Rusiyanınki isə 140 milyard dollar olub...
Aİ-nin maliyyə imkanları son dərəcə böyükdür. Avropa istəsə. Hərbiləşməyə 1 və ya 2 trilyon avro da ayıra bilər. Məsələn, əhalisi cəmi 5.5 milyon olan Norveçin yalnız bir fondunda-neft fondunda 1.7 trilyon dollar var. Avropada varlı ölkələr çoxdur. Avropanın pulu da, texnologiyası da Rusiyadan qat-qat üstündür. Bir faktı deyim: Rusiya dünyanı nüvə silahı ilə təhdid edir. ABŞ-ın da, Rusiyanın da nüvə silahının müəllifi almanlardır. II Dünya Müharibəsində məğlub olan Almaniyanın əsir götürülmüş fizikləri hər iki ölkəyə nüvə silahını töhfə verdilər. Təbii ki, Almaniya silkələnsə, öz iqtisadiyyatını yenidən hərbi reyslərin üzərinə keçirsə, bu, Rusiyaya çox baha başa gələ bilər. Böyük Britaniya və Fransanın da nüvə silahına malik olması bəlli faktdır.
Problem onadır ki, son 80 ildə Avropada müharibə olmayıb. Avropa hərbi müdafiəsini də könüllü şəkildə Amerikaya həvalə edib. Ona görə də indi ciddi problemlərlə üzləşib. Ancaq D.Trampın deməyinə baxmayın. Rusiya Avropanın üzərinə gəlsə. ABŞ həmən hərəkətə keçəcək.
Sözümün canı o ki, Avropanın pulu da var, texnologiyası da var, Ukrayna da, Türkiyə də, Çin də bu məsələdə Avropanın yanındadır. Başqaları da var. Məsələn, Kanada, Cənubi Koreya, Yaponiya, Tayvan, Avstraliya... Bu ölkələr də son dərəcə varlı və gəlişmiş ölkələrdir.
Belə böyük bir gücə arxalanan Ukrayna aydındır ki, kapitulyasiyaya getməyəcək. Biabırçı sülhə imza atmayacaq. Bütün vasitələrlə bu ağır vəziyyətdən mümkün qədər az itki ilə çıxmağa çalışacaq.
Avropanın Fransa karlı “tədbirli Lüdovik” kimi ağıllı başları olub. Ona görə də əminliklə demək olar ki, var-dövləti başından aşan Avropa dilənçi günündə olan Rusiyanın qarşısında əyilməyəcək.
Bugünə qədər Aİ iqtisadi və siyasi baxımdan güclü idisə, yaxın gələcəkdə Aİ həm də hərbi baxımdan dominant olacaq.
Elbəyi Həsənli. Sürix
mia.az
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb