AMEA “Əziz Sancar fəxri diplomu” təsis edib

img

08-03-2025 [10:41]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Əziz Sancar fəxri diplomu” təsis olunub.

Mia.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Bundan başqa, AMEA “Üzeyir Hacıbəyli fəxri diplomu”, həmçinin “Lev Landau fəxri diplomu” da təsis edilməsini qərara alıb.

Qeyd edək ki, türkiyəli alim Əziz Sancar 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb.

Bakıda doğulmuş Lev Landau isə kvant mexanikası, bərk cisimlər fizikası, plazma fizikası və kosmologiya sahələrində inqilabi kəşflərə imza atıb, 1962-ci ildə Nobel mükafatına layiq görülüb.

Azərbaycanın dahi mütəfəkkiri Üzeyir Hacıbəyli də Şərqdə ilk operanın yaradıcısı, istedadlı publisist, dramaturq və pedaqoqdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA