ABŞ və Ukrayna rəsmiləri gələn həftə görüşəcək - Ciddədə

img

07-03-2025 [16:18]


ABŞ və Ukrayna rəsmiləri arasında görüşün vaxtı bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüş gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Bu barədə yayılan məlumatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi təsdiqləyib: "ABŞ və Ukrayna arasında görüş gələn həftə Ciddədə keçiriləcək. Ancaq dəqiq tarix bəlli deyil. Yəqin ki, yaxın günlərdə dəqiqləşəcək"

Açıqlamada Səudiyyə Ərəbistanının son 3 ildə mühüm beynılxalq görüşlərə ev sahibliyi etdiyi də vurğulanıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA