Qanunsuz silah satanları 10 ilədək həbs gözləyir
CƏMİYYƏT
07.03.2025, 12:52
Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanların 10 ilədək həbs olunması təklifi ilk oxunuşda qəbul edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirə edilib.
Belə ki, Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq.
Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Məcəlləyə daha bir dəyişikliyə görə isə Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq.
Bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq, üçüncü oxunuşda qəbul olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İRAN MÜDAFİƏ SİYASƏTİNİ DƏYİŞİR, HÜCUM PLANI İŞƏ SALINIR: "Tamamilə hücum strategiyası ilə hərəkət edəcəyik, bu barədə..."
Bugün, 00:21 GÜNDƏM
-
"Gənclərbirliyi"ndən Lukakuya açıq dəvət: "Gəl bura, gözümüz üstə yerin var"
Bugün, 00:17 İDMAN
-
Livan prezidenti: "İsrail ilə"çərçivə sazişi"ndən geri çəkilməyəcəyik"
Bugün, 00:12 DÜNYA
-
"İRANLA ANLAŞMANI UZATMAYACAĞIQ, İSTƏMİRƏM" - Tramp Tehran rejimi ilə başa çatan 60 günlük anlaşmanı bitirdi
Bugün, 00:05 GÜNDƏM
-
Aparıcı Kamilə Babayevaya ağır itki üz verib
Bugün, 00:02 PRESS
-
Türkiyə və İran XİN başçıları telefonda danışıb
17.08.2026, 23:49 SİYASƏT
-
Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib - FOTOLAR
17.08.2026, 20:57 SİYASƏT
-
Bərdədə qəza: xəsarət alanlar var
17.08.2026, 20:54 KRİMİNAL
-
Təriqət liderinin "Egenin Maldiv adaları"nda 258 hektar torpağı üzə çıxdı - 45 milyon dollara satın alınıb
17.08.2026, 19:35 SİYASƏT
-
"Qalatasaray"dan yeni ayrılıq gözlənilir
17.08.2026, 19:30 İDMAN
-
“Azərişıq” ASC bu dəfə “Rusnur Construction” MMC ilə sövdələşdi - 4.4 milyonluq tender
17.08.2026, 19:29 İQTİSADİYYAT
-
Azərbaycana qarşı terror çağırışları edən rusiyalı jurnalistlər və ekspert beynəlxalq axtarışa verildi - Rəsmi açıqlama yayıldı
17.08.2026, 18:42 GÜNDƏM
-
Tramp SEPAH-la gizli əlaqələri olduğunu dedi, İranla danışıq aparan bu ölkəni təhdid etdi: "Qarşımıza çıxarlarsa, onları çox şiddətli vurarıq"
17.08.2026, 18:01 GÜNDƏM
-
Regional Reklam İdarəsinə rəis əvəzi təyin olunub
17.08.2026, 17:45 İQTİSADİYYAT
-
Bakıda Böyükşor gölü niyə yaşıl rəngə boyanıb? - AÇIQLAMA
17.08.2026, 17:21 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
17.08.2026, 17:07 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.08.2026, 17:00 İQTİSADİYYAT
-
Şuşa və Xankəndidə Azərbaycan tarixi ilə bağlı yeni arxeoloji abidələr aşkarlanıb
17.08.2026, 16:58 MƏDƏNİYYƏT
-
Vüsal Nəsirli özünə daha bir müşavir götürdü
17.08.2026, 16:57 GÜNDƏM
-
TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarılıb - Onlar kimdir? + FOTOLAR
17.08.2026, 16:32 CƏMİYYƏT
-
Bu il doğulan körpələrin sayı azalıb
17.08.2026, 16:18 CƏMİYYƏT
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
17.08.2026, 16:09 CƏMİYYƏT
-
Süleymançılar təriqətinin liderinin ifadəsi yayıldı: evdəki qızıl həyat yoldaşımın və bankdakı pullar isə...
17.08.2026, 15:50 SİYASƏT
-
Futbolu buraxdı, gəliri 30 qat atdı - İllik qazancı heyrətamizdir
17.08.2026, 15:39 İDMAN
-
Azərbaycanda əhalinin sayı artıb
17.08.2026, 15:27 CƏMİYYƏT
-
Bakıda Baş İdarə rəisinin müavini həbs edilib - İki maddə ilə
17.08.2026, 15:19 GÜNDƏM
-
"Qalatasaray" yeni oyunçu alır - 28 milyon avroluq
17.08.2026, 15:07 İDMAN
-
Nigar Cəbrayılova müşavir təyin olunub
17.08.2026, 14:52 CƏMİYYƏT
-
AAYDA-da növbəti dəyişiklik - Sədr müğənninin qardaşını yüksək vəzifəyə təyin etdi (FOTO)
17.08.2026, 14:46 PRESS
-
"Heç kimin əlində qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur" - DİM sədrindən xəbərdarlıq
17.08.2026, 14:36 GÜNDƏM
-
“Atəşgah Sığorta” 994 min manat xalis zərər edib
17.08.2026, 14:32 İQTİSADİYYAT
-
Bakıda meydana Ukrayna şairi və yazıçısının adı verilib
17.08.2026, 14:30 MƏDƏNİYYƏT
-
Dövlət qulluqçularının adından dələduzluq edən 8 nəfər... - 2 mindən artıq bank kartı və...
17.08.2026, 14:04 KRİMİNAL
-
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib - Şok ittihamla
17.08.2026, 13:55 İQTİSADİYYAT