"Azərlotereya"nın vəzifəli şəxsi erməni bayrağı paylaşıb - FOTO

img

06-03-2025 [22:23]


Xəbər verdiyimiz kimi, "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmen vaxtı ilə, daha dəqiqi,  2017-ci iləd prezident Ərdoğana qarşı Türkiyədə “Hayır” ("Yox") kampaniyasını dəstəkləyənlərdən olub.

O, bu barədə 2017-ci ildə sosial şəbəkədə "Hayır" sözü yazılmış fotosunu profil fotosu edib. 

Reyting.az 32gün.az-a istinadla xəbər verir ki, bu gün isə diqqətçəkən məqam  "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenin Instagram"dakı hesabında erməni bayrağı paylaşmasıdır.

E.Türkmən "Been to:" yazaraq getmiş olduğu ölkələrin bayraqlarını paylaşıb. "Bio" deyilen hissədə yazılan qeyddən belə anlamaq olur ki, o, Azərbaycandan sonra Ermənistana yollanıb.

Həmin fotonu təqdim edirik:

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA