Media subyektlərinə vergi güzəşti: müddət uzadılacaq, yoxsa...? - Vergi Xidmətinin Baş idarə rəisinin müavini Mia.az-a danışdı (VİDEO)
03-03-2025 [00:12]
Bu il media subyektlərinə verilən bir sıra vergi güzəşt və azadolmaların vaxtı bitir. İndi kütləvi informasiya vasitələri (KİV) rəhbərlərini bir sual düşündürür: bu güzəştlərin davamı olacaqmı?
Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklər və Prezident İlham Əıiyevin fərmanı ilə 2023-cü il yanvarın 1-də media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilmişdi. Vergi güzəştlərinin verilməsi media subyektlərinin maliyyə dayanıqlığının təmin olunması və vergi güzəştlərinin verilməsi nəticəsində qənaət olunacaq vəsaitlərin də medianın inkişafına yönəldilməsi məqsədi daşıyırdı.
Ümumilikdə bu güzəştlər media subyektlərinin mənfəət və gəlir vergilərinə, habelə sadələşdirilmiş vergi ödəyiciləri üçün sadələşdirilmiş vergiyə cəlb olunan gəlirlərinə tətbiq olunmuşdu. Bundan başqa, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad idi.
Qeyd edək ki, indiyədək bu güzəştlərdən “Media haqqında” Qanuna əsasən media subyektləri hesab olunan aşağıdakı media sahələri faydalanıb: onlayn media, çap media və informasiya agentlikləri. Audiovizual media subyektləri sayılan televiziya və radio yayımını həyata keçirən şəxslər və prodakşn şirkətlər isə güzəştlərin əhatəsinə düşməmişdi.
Yeri gəlmişkən, Vergi Məcəlləsi ilə güzəştin təsir dairəsinə düşən media subyektlərinin istehsal etdikləri media məhsullarının təqdim edilməsindən əldə olunan gəlirləri də mənfəət, gəlir vergisi, sadələşdirilmiş vergidən azad idi. Eyni zamanda, həmin gəlirlərin dairəsinə bu media subyektlərinin reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar da aid edilmişdi. Yalnız reklam gəlirləri üçün əlavə dəyər vergisinin tətbiqi qüvvədə qalırdı. Media subyektlərinə verilən reklam gəlirləri həmişə olduğu kimi ƏDV-yə cəlb olunur.
Aydın məsələdi ki, hər hansı sahəyə edilən vergi güzəştlərinin məqsədi həmin konkret sahənin müəyyən müddət ərzində inkişafına nail olmasından ibarətdir. Bu, stimullaşdırıcı tədbir olaraq iqtisadi mühitdə ən çox istifadə olunan alətlərdən biridi. Konkret müddət ərzində müəyyən inkişafın əldə olunmasına hədəflənir. Media güzəştləri də dayanıqlı iqtisadi əsasların yaradılmasına və vergi güzəştləri nəticəsində formalaşan və sərbəstləşən vəsaitlərin medianın inkişafına yönəldilməsinə hədəflənmişdi.
Artıq həmin güzəşt müddətinin sonuncu ilidi və görəsən bundan sonra Vergi Xidməti media subyektləri üçün bu müddətin uzadılmasını, yaxud digər oxşar dəstəyi nəzərdə tuturmu?
Medianın İnkişafı Ağentliyi ilə birlikdə bu məsələ müzakirə olunacaqmı?
Mia.az-ın bununla bağlı sualını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev cavablandırıb:
- Bilirsiniz ki, son 3 ildə media subyektlərinə vergi güzəştləri tətbiq olunmuşdu. Bu güzəştlər sözsüz ki, həmin subyektlərin müəyyən mənada dirçəldilməsini nəzərdə tuturdu. Bu ilin sonunda müddət bitir, onun uzadılıb-uzadılmayacağına bu ilki qanunvericilik layihələrinin arasında baxılacaq. Hələ ki, bununla bağlı dəqiq söz deyə bilmərəm, amma çox güman ki, bəli, uzadılma məsələsi nəzərdən keçiriləcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır