03-08-2014 [00:18]
Doktor arıq, uzun, hövsələsiz, səbirsiz bir adamdı. Xəstələr
ondan qorxurlar. Ən azı çəkinirlər. Ona söz demək olmur, tapança kimi açılır.
Görünür, hər şeydən, xüsusən adamların cahilliyindən bezib. Çünki ora
gələnlərin çoxu savadsız, sivilizasiyadan uzaq, sənətin, ədəbiyyatın nə
olduğunu bilməyən, adi davranış qaydalarından uzaq adamlardı. Amma onların
hamısını ucdantutma pis adam adlandırmaq olmaz, sadəcə, mədəniyyətdən
uzaqdırlar. İbtidaidirlər. Onların hamısı deyir ki, doktorun özünə doktor
lazımdı, doktorun gərək özünü müalicə edələr.
Doktor savada, mədəniyyətə üstünlük verən adamdı. Bir
dəfə koridorda dava düşdü. Baş həkim bir qoca arvada hirslənmişdi. Arvad suyun
soyuq olmasından şikayətlənirdi. Baş həkim də onu başa sala bilmirdi ki, bu su
yerin altından çıxır. Onu qızdırmaq olmaz. Qızdıranda suyun kəraməti itir.
Çimmək istəyirsənsə, get evində, hamamda çim. Bu su başqa sudu. Özü də o qədər
də soyuq deyil. 37 dərəcədi. (Səhv etmirəmsə belə dedi). Sonra arvad dedi ki,
vannaya girə bilmir. Baş həkim də dedi ki, vannanın qırağında pilləkən var,
pilləkənlə düş vannaya.
Qərəz, bu arvad baş həkimi çərlətdi. Baş həkim sanki
dəli oldu. Başladı bağırmağa ki, bağlayacam bu sanatoriyanı.
Bu azmış kimi bir nəfər də yaxınlaşdı doktora. Dedi ki, niyə mənə baxmırsan?
Baş həkim dedi ki, nahardan sonra baxacam. Adam başa düşmədi. Baş həkim dedi: "Obed, obed, obed". Ağzını açdı, guya barmağıyla ağzına nəsə qoydu və başladı yalandan çeynəməyə. Ağzını marçıldadırdı. Baxdım ki, adamı artıq dəli olmaq həddinə çatdırıblar. Bu zaman mənim həkimim səs-küyə koridora çıxdı. Heç bilmirdi söhbət nədən gedir, nə olub, dava nəyin üstündədi. Gördü ki, baş həkim ucadan qışqırır. Mən də dayanıb sakitcə bu davaya baxırdım. Xalqımın əvəzinə xəcalət çəkirdim. Belədi vəziyyət, bir dəstə adam əlli milyonun xəcalətin çəkməyə məhkumdu. Özü də hər yerdə. Vətəndə, Rusiyada, Belarusda, nə bilim İranda, Turanda...
Həkimim məni göstərib dedi: "O, savadlı adamdı". Bununla heç də özümü tərifləmirəm. Hərçənd, bu söz xoşuma gəlmişdi. Bu söz həm də həkimin savada üstünlük və qiymət verdiyini göstərirdi. Onunla heç dərindən söhbət etməmişdim. Sadəcə, əlimdə bir neçə dəfə kitab görmüşdü. Sanatoriyaya gələn kimi başa düşdüm ki, buranın kollektivi savadsız adamların sayəsində bərk yorulub və sadəcə bir az savadlı adam axtarışındadırlar. Ona görə bütün günü sanatoriyada kitabla gəzirdim.
Çezare Paveze. İtalyan yazıçısı. Rus dilində. "Perekrasnoe leto". Ümumiyyətlə, mən həmişə mərifətli insanlarda savada hörmət görmüşəm. İstər imkanlı olsun, istər imkansız. İstər varlı, istər kasıb. O qədər savadsız, amma mərifətli insan var ki, savadlı adama hörmət edir. "Müəllim, sən bilərsən", - deyib sual verirlər.
O adam tərbiyəsizdir ki, pulunun hesabına savadsız adama gülmək, onu pərt vəziyyətə salmaq, heç kim olduğunu göstərmək, onu alçaltmaq, onu təhqir etmək istəyir. Belə adamların birmənalı olaraq tərbiyə və mərifət problemləri var. Oxuduqlarım və gördüklərim bunu deməyə əsas verir.
Hətta bir çox imperatorlar, fatehlər (İstər Şərq dünyasında olsun, istərsə də Qərb
dünyasında) şairlərə, elm adamlarına, alimlərə, yazıçılara, sənətkarlara qiymət
veriblər. Onları bağışlayıblar, mükafatlandırıblar, bəzən qoruyublar,
şıltaqlıqlarına dözüblər. Hamısı yox, amma belə nümunələr var. Bu
şəxsiyyətlərin tarixdə belə populyar olmalarının bir səbəbi də bu münasibətdən
doğan, ortaya çıxan müxtəlif əhvalatlardı. Hansılar ki, hamıya xoşdur, bir az
sənət dünyasından başı çıxanlar həvəslə bu əhvalatları danışırlar.
Bir sözlə, "həkimin özünü müalicə etmək
lazımdı",- sözündə hardasa həqiqət payı var. Onun yerinə kim olsa, dəli
olar.
Onu da qeyd edək ki, bu söhbət Gürcüstanda olub. Həkimlər gürcülərdi, sanatoriyaya gələnlərin çoxu isə azərbaycanlılar. Çoxu da qadındı. Rus dilini bilmir. Bəziləri "ay doktor, u menya qolova bolit",- deyə bilir. Bəziləri isə nəvələrini gətiriblər ki, tərcüməçilik etsinlər. Nəvələr də Rusiyada yaşayır, tətilə gəliblər. Belə bir qarışıq adamlar, absurd bir məkan. İmperiya çöküb, sanatoriyalar dağılıb. Bir vaxtlar Moskvadan, Leninqraddan gəlirmişlər, indi sanatoriya qalıb azərbaycanlıların ümidinə. Bir gündə Moskvadan iyirmi-otuz vaqon adam gəlirmiş.
Yerli camaat çox mehribandı, həqiqətən qonaqpərvərdi. Xırdaçı adamlar deyillər.
İki dəfə bazara getdim, buna şahid oldum. Rus dilini bilirlər. Xüsusən,
yaşlılar. Çünki Sovet dövründə müxtəlif yerlərdən bura elə hey adamlar
müalicəyə, istirahətə gəlirmişlər. Burda yaşayanlar tamam başqa insanlardı.
Pulgir deyillər.
Böyük bir mədəniyyətin çöküşünü öz gözümlə gördüm. Bunu bir dəfə Mərdəkanda da görmüşdüm. Sanatoriyada konsert verirdilər. Bir sintizator gətirdilər. Bir oğlan gəldi, bir qız. Elə bil Hindistanın kasıb məhəlləsindən gəlmişdilər. Baxanda adamın yazığı gəlirdi. İki yetimçə. Baxan kimi bilirdin ki, ömür boyu belə qalacaqlar, heç bir uğur-filan olmayacaq. Özü də ancaq ana, ata, bacı, qardaş haqqında segah oxuyurdular. Adamlar da gəlib sanatoriyaya istirahətə. Dərdlərini unutmağa. Dincəlməyə. Əsəblərini sakitləşdirməyə. Bu iki yetimçə hamının həyatda etdiyi ən əclaf hərəkəti onlara xatırlatdı. Hamının qanını qaraltdı. Mən qulaq asa bilmədim. Getdim ağaclıqda gəzməyə. Amma nə etməli? Onların səsi ağaclığa da gəlib çatırdı. Sözlərin hamısını eşitməsəm də, söhbətin nədən getdiyini bilirdim. Sonra öyrəndim ki, əvvəllər həmin sanatoriyada orkestr varmış. Adamlar rəqs meydançasında rəqs edirmişlər. Görün, hardan hara gəldik, orkestrdən sintezatora.
Mən Gürcüstanda olduğum yerdə 22 sanatoriya olub. Adlı-sanlı. "Metallurq", "Şaxtyor", filan... Belə bir mədəni, mehriban mühitdə qonaqlı-qaralı yerdə yaşamış adam sonradan azərbaycanlıların ümidinə qalırsa, niyə də dəli olmasın?
İlk müayinədə
həkim məndən soruşdu:
-
- Bütün bədənim.
- Sən İsa Məsihsən ki, bütün bədənin ağrıyır? O İsa Məsih idi bütün bədəni ağrıyırdı. Nə olub?
Həkimin bu cür açıq və aydın danışması məni
ürəkləndirdi. Onunla açıq danışmağa qərar verdim. Bilmirəm, nədənsə ürəkləndim.
- Dəli olmuşam.
- Mən də dəli olmuşam.
- Mənim üçün yaşamaq çətindi.
- Elə bilirsən mənim üçün yaşamaq asandı. Mənim üçün
də yaşamaq çətindi.
Yadıma İncildən bir söz düşdü. Hər şeyə dad verən duzdur, bəs duzun özü dadsız olarsa, nə etməli? Adamları sağaldan həkimdi, bəs həkim özü dəli olubsa, nə etməli?
Mən düşündüm ki, bu cür ağır danışmaq, ya onun bir
müalicə üsuludu, metodudu, ya da bu çox səmimi adamdı, açıq söhbət edir. Pozitivlikdən,
günəşdən, portağal şirəsindən, təmiz havadan, gimnastikadan, hobbidən-zaddan
danışmır. Axırda olan şeyin əvvəldə deyilməsinin tərfdarıdı.
- Kitab oxuma, düşünmə.
- Necə oxumayım, bu mənim sənətimdi.
- Özün bil, onda yaşamaq sənə çətin olacaq. Ağıl
insanın xoşbəxtliyinə mane olur. Sən bəyəm hansı cəmiyyətdə, kimlərin
əhatəsində yaşadığını bilmirsən? Orda ağıla bir qram da ehtiyac yoxdu. Ya
onların hərəkətinə dözməlisən, ya da onlara qoşulub, onlardan biri olmalısan.
Doktor məni tərkisilah etdi. Halbuki maraqlı söhbətə
hazırlaşmışdım. Amma şans tanımadı. Başın pozulması, psixologiya, şüurun məhv
olması, şəxsiyyətin ikiləşməsi – filan haqqında söhbət etməyə imkan vermədi. Çoxlu
sözlər, terminlər öyrənmişdim. Bütün romantikamı məhv etdi. O dedi ki, bu cəmiyyətdə
yaşayan mərifətli insan əzab çəkəcəyini bilməlidi. Başqa cür mümkün deyil.
Səviyyəsizlik o qədər artıb ki, artıq mədəni adamlar bir-birilərinə rast
gələndə sevinirlər. Sevinirlər ki, ilahi, şükür, (xaç çəkir dəli kimi. Hərçənd
bilmirsən inanır, yoxsa inanmır. Hər halda çox ərkyana danışır. Bu cür adamlar
da ya dəhşətli dərəcədə pis, təhlükəli, çoxbilmiş, ya da dəhşətli dərəcədə
ürəyiaçıq, dürüst adam olurlar. Doktor şəksiz ki, ikincilərdən idi) tək
deyiləm, məndən başqası da qalıb. Mədəni adamların adını tezliklə "Qırmızı
kitab"a əlavə etmək lazımdı. Tezliklə onların hamısı məhv olacaq...
Doktor danışdıqca müxtəlif vaxtlarda gördüyüm səhnələr bir-bir gözlərim önündə
canlanırdı. O, elə bil hadisələrin üzərinə işıq salmışdı. Hər şey ədəbiyyatsız,
kinosuz, fəlsəfəsiz-zadsız olduğu kimi, çılpaq göründü gözlərimdə. Bu, dəhşətli
mənzərə idi. İnsan insanın tutub evini əlindən alır. Bir-birinin qanını içir.
Daha çox yağmalamaq üçün aldadır, yalan danışır, risk edir bəzən. Nə üçün?
Niyə?
Əgər bu dünyadan indiyə qədər heç kim özüylə heç nə apara bilməyibsə, bütün bu davalar, məşəqqətlər, qanlar nə üçündür? Niyə insan qane olmağı bacarmır? Bəs bu davada yalan danışmağı bacarmayanlar nə etsinlər? Onlar bəzən bunu istəyirlər, lakin onu da bilirlər ki, yalan danışmaq insana yaraşmaz. İstər dindar olsun, istər ateist, istərsə də millətçi, ya cavan, ya qoca, ya kişi, ya qadın, savadlı və savadsız, imkanlı və ya imkansız bilir ki, yalan danışmaq ayıb bir şeydi. Bəs yaxşı, oğurlamaq, rüşvət almaq istəməyən adamlar nə etsinlər? Onlar necə yaşasınlar?
Doktor deyirdi televiziyaya baxmaq olmur. Səviyyəsizlik baş alıb gedir. Adamın
ürəyi bulanır. İnsanlar sürətlə debilləşirlər, onlar bütün günü seriala baxır,
bütün günü balaca uşaq kimi telefonlaəoynayırlar. Sən onlardan nə gözləyirsən?
Bu vaxt otağa yaşlı bir qadın girir. Elə bil klassik rus romanından çıxıb.
Yaxası kurjevalı bir köynək geyinib. Əlində yelpik. Pomadalı, pudralı. Ədalı.
Baxırsan ki, xanımın babat bioqrafiyasi var. Yaş öz işini görsə də, heç təbiətə
təslim olmaq fikrində deyil. Bu xanım heç bilmirdi söhbət nədən gedir. Elə
birbaşa dedi ki, doktor mənim qədim dostumdu. Onunla 20 ildən artıqdır ki,
dostluq edirik. Düzdür, onunla hərdən dalaşırıq, amma o, çox təmiz və yaxşı insandır.
Əsas da budur...
Sabah yağış yağacaq
"Şərurlu İsfəndiyar"ın oğlu həbs olunub? - Qalmaqallı iş adamı gah ikibaşlı açıqlama verir, gah da "yalandır" deyir
"Cəbhədə tam atəşkəs yoxdur" - Zelenski
Mehriban Əliyeva xristian icmasını təbrik edib - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha iki "tiktoker"in barəsindəki həbs müddəti uzadıldı
SOCAR-ın yeni layihəsi: Albaniyada bir şəhərinin qazlaşdırılmasının təqdimatı olub - Açıqlamalar
Ceyhun Bayramov sülh sazişindən danışdı: "12 sənəd layihəsi dəyişdirilib, ancaq..."
Yardımlı rayonunda zəlzələ olub
BAKIDA SÖKÜNTÜ: kv.metrə 1300 manat verilir - Bununla başqa yerdə mənzil almaq olar? (VİDEO)
Jurnalisti "qanuni oğrular"la hədələyən kimdir? - "Dedi ki, adam tutmuşam, hər ikinizi öldürəcəyəm”
50-dən çox qonağın zəhərləndiyi şadlıq evindən açıqlama: “Nə oldu zalın birində zəhərlənmə oldu, digərində yox..."
Ağdadaş Ağayev: "Gecələri demək olar ki, yatmıram, yazıram..."
Aclıq aksiyası keçirən Tofiq Yaqublu müayinə olunub - Qızı açıqladı
Sabah yağış yağacaq
Paşinyan sərhəddə: “Bu, məşhur Kirants divarıdır, onun digər tərəfində Azərbaycan yerləşir” - FOTOLLAR
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcək - FOTOLAR
Dövlət Nəzarəti Xidmətinin ştat vahidi artırıldı - Fərman
“Kredit büroları haqqında” qanun dəyişib
Prezident “Mühasibat uçotu haqqında” qanunu təsdiqlədi - Dəyişiklik
Prezidenti işğaldan azad edilmiş ərazilərlə bağlı yeni qanunu təsdiqlədi - Nələr olacaq?
Bakıda ahıl qadının 80 min manatını ələ keçiriblər
Müğənni Qumral: "Biz ailə xanımıyıq, gecə saat 2-də, 3-də..."
DİN: "Bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var"
GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - O, kimdir?
Ermənistan sərhəddə növbəti təxribat törədib - MN açıqlama yaydı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərmərə dənizini çirkləndirən gəmi sahibinə cəza kəsilib - 26 milyon
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı faktlar nümayiş olunub - FOTOLAR
İlham Əliyev, Mehriban Əliyeva və nəvələri “Sea Breeze”də - FOTOLAR
ABŞ BUNKER DƏLƏN BOMBA DOLU 9 TƏYYARƏNİ İSRAİLƏ GÖNDƏRDİ - "Nəyin bahasına olursa olsun, İranı vuracağıq"
“İsrail olmasaydı, Amerika onu yaradardı” - Amerikanın Yaxın Şərqdə batmayan gəmisi (TƏHLİL)
Rusiya Donetskdə 4 yaşayış məntəqəsini ələ keçirib
Bakıda təmir adıyla 105 milyonluq tender...
Donald Tramp "Siz avropalılara "parazit" demisinizmi?" sualından özünü itirdi: "Nədən bəhs etdiyini bilmirəm"
ƏƏSMN: "Müavinət və təqaüdlərdə bu il növbəti artımlar ediləcək"
ABŞ-da əcnəbi tələbələrin vizası ləğv edilir
Şirvanda saxta araq satılırmış
AFFA “Turan Tovuz”un şikayətini rədd etdi
Bakıxanov, Köhnə Günəşli, İmişli və Qubada ağacları kəsiblər
İlham Əliyev xristian icmasına məktub göndərib - MƏTN
"Bəs sizcə, kimlərə haqsızlıq oldu?" - Qənirə Ataşovadan nazirliyin siyahısına maraqlı reaksiya
"2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və..." - Milyonluq məhkəmə işi
ABŞ Suriyadakı 8 bazadan 3-nü qapatdı - Hərbçilər geri çəkilir