Selçuk İnan: "Bu oyundan qələbə ilə ayrılmaq istəyirik"

img

14-02-2025 [16:42]


Qaziantep FK-nın baş məşqçisi Selçuk İnan sabah doğma meydanında "Sivasspor"la qarşılaşacaqları matçla bağlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu oyundan qalibiyyətlə ayrılamaq üçün var gücləri ilə çalışdıqlarını deyib.

Səlcuq İnan bildirib ki, son həftələr doğma meydanda azarkeşlərin dəstəyi ilə qələbə seriyasına imza atıblar: "Güclü oyunla matçları necə qazanacağımızı bilirik. "Qalatasaray" matçı bizim üçün qəza kimi oyun  oldu. Əslində, o matçda qalib gələ bilərdik, amma olmadı. İndi qabağa baxmaq zamanıdır. "Sivasspor" matçı hazırda çox önəmlidir. Evimizdə azarkeşlərimizin önündə oynayacağımız bu matçdan qələbə ilə ayrılmaq istəyirik"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR