Əvvəl "Google", sonra "Apple"... - Meksika körfəzini xəritədə “Amerika körfəzi” olaraq dəyişdiriblər

img

12-02-2025 [11:58]


ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsi haqqında fərmanından sonra “Google Maps”dən sonra “Apple Maps” dəyişikliyə imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq “Apple Maps” axtarış proqramında “Meksika körfəzi” adını dəyişərək “Amerika Körfəzi” adlandırıb.

Bu barədə Ağ Ev X sosial media hesabında paylaşım edib: "Artıq Amerika Körfəzi Apple xəritəsindədir".

Lamiyə Əhmədli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 12.02.2025

Sabah yağış yağacaq