Meksikada avtobusla yük maşını toqquşub - 41 nəfər hadisə yerində ölüb

img

10-02-2025 [09:00]


Meksikanın Tabasko ştatında avtobusla yük maşını toqquşub.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, hadisə Kankun şəhərindən Tabaskoya gedən Escarcega-Villahermosa yolunda baş verib.

Məlumata görə, toqquşma nəticəsində avrtobusda olan 41 nəfər sərnişin ölüb, yük maşınının sürücüsü daxil olmaqla, 8 nəfər isə yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb yük maşının sürücüsü olub: "O, qəfildən avtobusun yoluna çıxaraq qəza şəraiti yaradıb...".

Qəza ilə bağlı araşdırma davam edir.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA