Baxçalı ürəyindən əməliyyat olunub - Ürək qapağı dəyişdirilib

Baxçalı ürəyindən əməliyyat olunub - Ürək qapağı dəyişdirilib

GÜNDƏM

06.02.2025, 21:56

MHP sədri Dövlət Baxçalı bu gün əməliyyat olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə MHP açıqlama yayıb.

Bildirilib ki, sədr Dövlət Baxçalının ürək qapağı dəyişdirilib: "MHP sədri Dövlət Baxçalı 4 fevral 2025-ci ildə planlı analizlər və müalicələr üçün Anadolu Sağlamlıq Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müayinələr və tibbi qiymətləndirmələr nəticəsində 10 il əvvəl dəyişdirilmiş ürək qapağında degenerasiya aşkar edilərək, 6 fevral tarixində mövcud qapaq invaziv şəkildə dəyişdirilib. Əməliyyat çox uğurla tamamlanıb və o,  qısa müddətdə gündəlik həyatına qayıdacaq”.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR