"Qalatasaray" Batşuayini satdı - 3 milyona

img

06-02-2025 [09:02]


"Qalatasaray"dan Almaniyanın "Eintracht Frankfurt" komandasına transfer olan hücumçu Mişi Batşuayi ilə bağlı maraqlı məlumat yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mişi Batşuayi istanbul klubundan ayrılmaq üçün hətta illik maaşının yarısından belə imtina edib.

Almaniyanın "Bild" nəşri yazır ki, Batşuayi Bundesliqa komandasına transfer olunması üçün böyük fədakarlıq edib: "O, Alvaro Moratanın transferindən sonra "Qalatasaray"da 3-cü hücumçu mövqeyinə endiyini bilsə də, orada sabit olaraq illik 3 milyon avro maaşı vardı. Lakin hücumçu həmin maaşın yarısından imtina edərək, alman klubunda illik 1.5 milyon maaşa razılıq verdi..."

Xəbərdə o da deyilir ki, vaxtilə "Qalatasaray"a pulsuz transfer olunan  Batşuayi bu transferdən İstanbul klubuna 3 milyon avro transfer haqqı da qazandırıb.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR